Выбрать плеер:

MTK-larla vətəndaşlar arasında yaranan mübahisələrin çıxış yolu nədir? - Baku TV

07 февраля 2026 43 просмотров

Paytaxtda aparılan yenidənqurma və söküntü işləri çərçivəsində köhnə yaşayış binaları mərhələli şəkildə sökülür, onların yerində isə yeni tikililər inşa olunur. Bu proses zamanı kompensasiya məbləğlərinin müəyyənləşdirilməsi ilə bağlı tikinti şirkətləri ilə sakinlər arasında fikir ayrılıqları yaranır. Razılaşma əldə olunmadıqda isə məsələlər məhkəməyə qədər gedib çıxır.

Bəs bu cür hallarda çıxış yolu nədir və qiymətləndirmə necə aparılmalıdır?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda paytaxtda söküntü işləri əsasən iki formada həyata keçirilir. Bunlardan biri torpaqların dövlət ehtiyacı üçün alınması, digəri isə qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi evlərin özəl tikinti şirkətləri tərəfindən sökülərək yeni tikililərlə əvəzlənməsidir:

“Torpaqlar dövlət ehtiyacı üçün alındıqda ərazidə mövcud olan daşınmaz əmlaklar bazar dəyərinə uyğun qiymətləndirilir və vətəndaşlara kompensasiya olaraq pul ödənilir. Özəl tikinti şirkətləri tərəfindən aparılan söküntülərdə isə əksər hallarda mənzil sahiblərinə yeni tikiləcək binalardan mənzillər təqdim olunur. Bəzi hallarda isə kompensasiya pul formasında verilir”.

O qeyd edib ki, tikinti şirkətinin təklif etdiyi məbləğ vətəndaşı qane etmədikdə və ya tələb etdiyi məbləğ şirkət tərəfindən qəbul edilmədikdə məsələ məhkəmə müstəvisinə çıxarılır:

“Məhkəmə tərəfindən müstəqil qiymətləndirici şirkətlər cəlb olunur və əmlakın bazar dəyəri müəyyənləşdirilir. Kompensasiya məbləği isə həmin qiymətləndirmə şirkətinin təqdim etdiyi rəy əsasında formalaşdırılır”.

Скопировано
Sərgidə su çatışmazlığı ilə bağlı olan problemlər əks olunub - Baku TV

Sərgidə su çatışmazlığı ilə bağlı olan problemlər əks olunub - Baku TV

Cəmiyyət
08 февраля 2026 43 просмотров
Hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi - Baku TV

Hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi - Baku TV

Cəmiyyət
08 февраля 2026 43 просмотров
Kahramanmaraş sakini: "Onlar da bizimlə bərabər günlərlə, həftələrlə ac qaldılar" - Baku TV

Kahramanmaraş sakini: "Onlar da bizimlə bərabər günlərlə, həftələrlə ac qaldılar" - Baku TV

Cəmiyyət
07 февраля 2026 43 просмотров
"Ailəm üçün 2 "smen" işləyirdim, "KamAZ"a girdim" - Əlil kişini arvadı niyə atdı? - ARZUNUN VAXTI

"Ailəm üçün 2 "smen" işləyirdim, "KamAZ"a girdim" - Əlil kişini arvadı niyə atdı? - ARZUNUN VAXTI

Cəmiyyət
07 февраля 2026 43 просмотров
"Danışmaq mənə çətindir" | Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür - Baku TV

"Danışmaq mənə çətindir" | Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür - Baku TV

Cəmiyyət
07 февраля 2026 43 просмотров
"Məni elə görəndə qorxub ağladı" - Hikmət Rəhimov "8" serialının kadrarxasında olanları danışdı

"Məni elə görəndə qorxub ağladı" - Hikmət Rəhimov "8" serialının kadrarxasında olanları danışdı

Cəmiyyət
07 февраля 2026 43 просмотров
Heydər Əliyevin xatirəsinə təşkil olunmuş "GINIUS" intellektual yarışı start götürdü - Baku TV

Heydər Əliyevin xatirəsinə təşkil olunmuş "GINIUS" intellektual yarışı start götürdü - Baku TV

Cəmiyyət
07 февраля 2026 43 просмотров
COVID-19-a qarşı olan vaksinlər insanlarda xəstəlik yaradır? | Peyvəndlər bədənimizə nə edir?

COVID-19-a qarşı olan vaksinlər insanlarda xəstəlik yaradır? | Peyvəndlər bədənimizə nə edir?

Cəmiyyət
07 февраля 2026 43 просмотров
"Dəfələrlə dedik, baxmırlar, belə getsə..." - Məsciddə sakinləri özündən çıxaran vəziyyət - Baku TV

"Dəfələrlə dedik, baxmırlar, belə getsə..." - Məsciddə sakinləri özündən çıxaran vəziyyət - Baku TV

Cəmiyyət
07 февраля 2026 43 просмотров
Menstruasiya pozuntularının səbəbi | Hormonal disbalans hansı əlamətlərlə özünü göstərir? - BAKU MED

Menstruasiya pozuntularının səbəbi | Hormonal disbalans hansı əlamətlərlə özünü göstərir? - BAKU MED

Cəmiyyət
07 февраля 2026 43 просмотров
Выбранные
icon