Выбрать плеер:
Qaradağ sakinlərinin üzləşdiyi çətinlik | Abadlıq işləri niyə yarımçıq qalıb?
Qaradağ rayonunda sakinlər yaşadıqları binanın həyətindəki vəziyyətdən narazılıq edirlər.
Vətəndaşların sözlərinə görə, əvvəllər abadlıq işləri aparmaq adı ilə söküntü işlərinə başlanılıb. Lakin işlər yarımçıq dayandırıldığından indi ərazidə vəziyyət ürəkaçan deyil.
“2024-cü ilin mart ayında işlərə başladılar. Oktyabrda fəhlələrin pulunu verə bilmədilər, onlar da işi yarımçıq qoyub getdilər”, – sakinlərdən biri deyib.
“Bir ildir ki, işıq dirəklərini çıxarıblar, amma yerinə basdırmırlar”, – digər sakin əlavə edib.
Скопировано
