Tarixi Kahramanmaraşın müasir "Azərbaycan məhəlləsi" | Sakindən duyğulandıran sözlər - Baku TV
Ərazisi 28 hektara yaxın olan Kahramanmaraşın “Azərbaycan Məhəlləsi”ndə 68 bina inşa olunub.
Bu binalarda 2, 3 və 4 otaqlı olmaqla ümumilikdə 1194 mənzil mövcuddur. Yaxın zamanda 1595 ticarət obyektinin də sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.
6 fevral gecəsi Kahramanmaraşın Hayrullah məhəlləsində insanların evləri və binaları ilə yanaşı, həyatlarının adi axışı da dağıldı. Səhər oyanmaq, uşaqları məktəbə aparmaq, işləmək, axşam evə qayıtmaq kimi gündəlik həyat tərzi bir anda alt-üst oldu. İndi isə bu ardıcıllıq yenidən bərpa edilir, amma bu dəfə böyük bir məsuliyyətlə və Azərbaycan dövlətinin dəstəyi ilə.
Yeni evlərinə köçən insanların həyatında ümid işığı yenidən yanıb. Əslində, məsələ təkcə ev sahibi olmaq deyil, öz yuvanda qorxusuz və təhlükəsiz şəkildə yaşamaqdır. Azərbaycan və Türkiyə liderlərinin Kahramanmaraşda qoyduğu möhkəm təməl isə insanların gələcəyinə verilən ən böyük zəmanətdir. Bu qardaşlıq və birlik hər zaman insanlara güvən verib.
“Azərbaycan Məhəlləsi”ndə yeni evlərinə köçən Həsən və Rahimə də zəlzələdən sonra həyatlarını yenidən qurmağa çalışırlar. Hər ikisi həyat yoldaşlarını faciədə itirib. Həsən üç övladından yalnız birini – 2 aylıq Betülü dağıntılar altından sağ çıxara bilib. Yarımçıq qalan iki taleyin acısı indi bu balaca qızın gülüşlərində təsəlli tapır.
“Biz o gün ayağa qalxa bilmədik. İlk ağlıma gələn ailəm və Maraş oldu. Açığı, Maraşın tamamilə yox olduğunu düşündük və həqiqətən də belə oldu. 13 yaşında Atillam, 10 yaşında Güldanəm vardı. Betülü tapdım. Yağış yağırdı. O yağışın altında onu qucağıma aldığımda mənə gülümsədi.
O vaxtlar qaydalara uyğun tikilməyən çox bina var idi. İndiki “Azərbaycan Məhəlləsi” isə çox möhkəmdir. Tikinti prosesini əvvəldən izlədim, hər şey çox yaxşı quruldu. Köhnə evlərdə iki dəmir vardısa, indiki binalarda möhkəm konstruksiya qurulub. Buradakı evlər əvvəlkilərdən min qat daha keyfiyyətlidir. Azərbaycan və Türkiyəyə təşəkkür edirəm”, – deyə “Azərbaycan Məhəlləsi”nin sakini Həsən Hüseyn Bilgiç bildirib.
Тег #Türkiyə используется
- Zəlzələdən sonra Kahramanmaraş yenidən dirçəlir - Baku TV
- Türkiyədə Epşteynin bənzəri tapıldı | Görünüşü ona problem yaratdı - Baku TV
- Kahramanmaraş sakini: "Onlar da bizimlə bərabər günlərlə, həftələrlə ac qaldılar" - Baku TV
- İlham Əliyev Türkiyədəki zəlzələnin 3-cü ildönümü ilə bağlı Ərdoğana məktub ünvanlayıb - Baku TV
- "Beşiktaş" yeni transferini açıqlayıb
