Выбрать плеер:
Övladını itirən atadan təqdirəlayiq addım | Acısını görün necə xeyirxahlığa çevirdi - Baku TV
Yevlaxın Qoyunbinəsi kənd sakini Nadir Allahverdiyev bir müddət öncə dünyasını dəyişən 35 yaşlı övladına ehsan verə bilmədiyindən kənd yolunu abadlaşdırıb.
O bildirib ki, bu addımı atmaqda məqsədi gənc yaşında dünyasını dəyişən qızının xatirəsini yaşatmaq və kənd sakinlərinin rəhmət oxumasına vəsilə olmaqdır.
N.Allahverdiyevin nəvəsi Əliağa Süleymanov da sözügedən xeyirxah addımla bağlı açıqlama verib.
“Anamın vəfat xəbəri hamımıza pis təsir etdi. Babam Rusiyadan gəldi, burada ehsan verilmədiyini öyrənəndə, belə bir savab iş görmək istədi. Yolumuz çox pis vəziyyətdə idi. O dərəcədə bərbad halda idi ki, taksi sürücüləri bu yola girəndə əlavə pul alırdılar”, – deyə o söyləyib.
Скопировано
