Выбрать плеер:

"Gecə ayılıb gördüm ki..." | Qəfil ölümü ilə hamını sarsıdan jurnalist Sərxan Kamallının son anları

08 февраля 2026 77 просмотров

“Retro Baku” verilişinin yeni buraxılışı vaxtilə Baku TV-də çalışmış, 2024-cü ildə insult keçirərək dünyasını dəyişən jurnalist Sərxan Kamallıya həsr olunub.

Baku TV-nin əməkdaşı Xəyal Orucoğlu mərhum həmkarı ilə bağlı xatirələrini bölüşərək həmin günləri belə xatırlayıb:

“Günlərin birində eyni növbəni bölüşdüyümüz vaxt mən bir az özümü narahat hiss edirdim, başım ağrıyırdı. Uşaqlardan xahiş etdik ki, təzyiqölçəni gətirsinlər. Təzyiqimi ölçəndə gördüm ki, 130-dur və özümü heç yaxşı hiss etmirəm. Bu əsnada Sərxan gülə-gülə gəlib dedi ki, onu mənim də qoluma taxın, görüm təzyiqim neçədir. Təzyiqini ölçəndə gördük ki, 200-ün üzərindədir. Bu qədər yüksək təzyiq hər birimizi heyrətə gətirdi ki, Sərxan, sən belə necə yaşayırsan?”.

Sərxan Kamallının həyat yoldaşı Gülşən Kamallı isə onun son gününü xatırlayaraq həmin ağır anları belə təsvir edib:

“Axşam saatlarında, 9-dan sonra evə gəldi. Gələndə də özü üçün yeni bir telefon almışdı. Əhvalı da yerində idi. Oturduq, dedik, güldük, uşaqlarla söhbət etdi. Bir müddətdən sonra dedi ki, uşaqları apar yatsınlar. Gecə ayılıb gördüm ki, Sərxan yıxılıb yerə, bir tərəfi işləmir, zəif səslə məni çağırır. Təcili yardım çağırdıq. Oğlum gördü ki, atasını təcili yardımla apardılar. Bir müddət həyətə təcili yardım gələndə qaçaraq gəlib deyirdi ki, ana, deyəsən, atamı gətirirlər”.

Скопировано
“Melody School” tələbələrinin konsert proqramı keçirildi

“Melody School” tələbələrinin konsert proqramı keçirildi

Cəmiyyət
09 февраля 2026 77 просмотров
Övladını itirən atadan təqdirəlayiq addım | Acısını görün necə xeyirxahlığa çevirdi - Baku TV

Övladını itirən atadan təqdirəlayiq addım | Acısını görün necə xeyirxahlığa çevirdi - Baku TV

Cəmiyyət
09 февраля 2026 77 просмотров
Həftənin ilk günündə hava belə olacaq - Baku TV

Həftənin ilk günündə hava belə olacaq - Baku TV

Cəmiyyət
08 февраля 2026 77 просмотров
Sevgilisi ilə birgə 6 yaşlı oğluna işgəncə verən ana | 15 yaşlı qız atasını niyə öldürdü? - XÜLASƏ

Sevgilisi ilə birgə 6 yaşlı oğluna işgəncə verən ana | 15 yaşlı qız atasını niyə öldürdü? - XÜLASƏ

Cəmiyyət
08 февраля 2026 77 просмотров
"Bir ana kimi bura bizə əzizdir" | Bakının Əhmədli kəndindən reportaj - Baku TV

"Bir ana kimi bura bizə əzizdir" | Bakının Əhmədli kəndindən reportaj - Baku TV

Cəmiyyət
08 февраля 2026 77 просмотров
Hövsanda su borusu partladı, heyvan sığınacağını su basdı - Baku TV

Hövsanda su borusu partladı, heyvan sığınacağını su basdı - Baku TV

Cəmiyyət
08 февраля 2026 77 просмотров
Astara sakinlərinin problemi nə vaxt həll olunacaq? - Baku TV

Astara sakinlərinin problemi nə vaxt həll olunacaq? - Baku TV

Cəmiyyət
08 февраля 2026 77 просмотров
"İdrak" liseyində müəllimini güllələyən şagirdlə bağlı yeni detallar üzə çıxdı - Baku TV

"İdrak" liseyində müəllimini güllələyən şagirdlə bağlı yeni detallar üzə çıxdı - Baku TV

Cəmiyyət
08 февраля 2026 77 просмотров
Bakı-Sumqayıt yolunda nə baş verir? | Sürücülər özlərindən çıxdı - Baku TV

Bakı-Sumqayıt yolunda nə baş verir? | Sürücülər özlərindən çıxdı - Baku TV

Cəmiyyət
08 февраля 2026 77 просмотров
"İdrak" liseyində müəllimini güllələyən şagirdlə bağlı yeni detallar üzə çıxdı - Baku TV CANLI

"İdrak" liseyində müəllimini güllələyən şagirdlə bağlı yeni detallar üzə çıxdı - Baku TV CANLI

Cəmiyyət
08 февраля 2026 77 просмотров
Выбранные
icon