"Caspian Servis" Yasamalda qanunsuz tikinti aparır? - Baku TV
Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi, 5C ünvanında yaşayan sakinlər narahatlıq içindədirlər.
Onların sözlərinə görə, binanın həyətində qeyri-qanuni obyekt tikintisi aparılır və bu, binanın konstruksiyasına ciddi zərər vurur.
“Caspian Service” 2007-ci ildən başlayaraq bu binada tikinti işlərinə başlayıb, hələ də tamamlanmayıb. Həyətin yarısını zəbt ediblər ki, sakinlər keçə bilməsinlər”, – sakinlərdən biri deyib.
“Caspian Service”in hüquqşünası isə ərazidə aparılan tikinti işlərinin iddia edildiyi kimi qeyri-qanuni olmadığını bildirib:
“Sakinlərin narazı olduğu və qeyri-qanuni adlandırdığı hasarın inşa edilməsi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiqlənmiş layihəyə uyğun icra edilir və tam qanunidir. Hasarlama işlərindən sonra hal-hazırda sakinlərin istifadəsində olan geniş həyət bağlı hala gələcək və zəruri yerlərdə giriş-çıxış qapıları ilə təchiz olunacaq. Bundan əlavə, qapalı həyətdə uşaqlar üçün oyun meydançası və digər əlavə qurğuların quraşdırılması nəzərdə tutulub”.
