Выбрать плеер:
"Sevincimi paylaşa da bilmirəm" | Təzəbinə və Seyidbəyli kəndlərinə növbəti köç - Baku TV
Dekabrın 16-da Xocalı rayonunun Seyidbəyli və Təzəbinə kəndlərinə keçmiş məcburi köçkünlərin növbəti köçü olub.
Bu mərhələdə ümumilikdə 85 nəfərdən ibarət 20 ailə doğma yurduna dönüb.
Ailələrdən 10-u, yəni 41 nəfəri Seyidbəyli kəndində, digər 10 ailə – 44 nəfər isə Təzəbinə kəndində yeni bərpa edilən yaşayış evləri ilə təmin olunub.
Qeyd edək ki, Seyidbəyli və Təzəbinə kəndlərində bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir, yaşayış evləri ilə yanaşı, məktəb, sosial obyektlər, mühəndis-kommunikasiya xətləri və yol infrastrukturu istifadəyə verilib.
Скопировано
