AZAL bu reysləri ləğv etdi | Sərnişinlərə vacib xəbərdarlıq
Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlanması ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin iyunun 16-sı həyata keçirilməsi planlaşdırılan bəzi reysləri ləğv olunub.
Bunlar aşağıdakılardır:
Bakı ‒ Dammam ‒ Bakı (J2 8205/8206)
Bakı ‒ Bəhreyn ‒ Bakı (J2 505/506)
Bakı ‒ Ər-Riyad ‒ Bakı (J2 8203/8204)
Bakı ‒ Lahor ‒ Bakı (J2 145/146)
Bundan əlavə, AZAL-ın Təl-Əviv və Tehran istiqamətləri üzrə bütün reyslərinin 30 iyuna kimi dayandırılması barədə qərar qəbul edilib.
Ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və yaxud biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
