NETTY 2025 Azərbaycanın Milli internet Mükafatının qalibləri elan edildi - Baku TV
Dekabrın 18-də Azərbaycan İnnovasiya Mərkəzində NETTY 2025 Azərbaycan Milli İnternet Mükafatının 20-ci təqdimat mərasimi keçirilib.
NETTY bu il müsabiqədə iştirak edənlər arasında ən yaxşı milli veb-saytları, sosial səhifələri və tətbiqləri mükafatlandırıb.
NETTY müsabiqəsinin əsas məqsədi internet məkanında keyfiyyətli, faydalı və innovativ məzmunun inkişafına təkan verməkdir. Bu müsabiqə yerli startapların, kreativ komandaların və rəqəmsal platformaların tanıdılmasında mühüm rol oynayır.
Qeyd edək ki, bu il qalib olan layihələrin siyahısı "netty.az"ın rəsmi səhifəsində paylaşılıb.
Layihələr arasında "Azərpoçt"un rəsmi veb-saytı, sima, imza sahibkar həlli mobil tətbiqi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sosial media səhifəsi də var.
