Выбрать плеер:
TƏBİB-in müəssisələrində doğuş statistikası açıqlandı - Baku TV
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeleyindəki tibb müəssisələrində normal doğuşların sayı 27 679 olub ki, bu da ötən illə müqayisədə 11 faiz artım deməkdir".
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqdə deyib.
O qeyd edib ki, qeysəriyyə əməliyyatlarının sayı isə 26 285 olub və ötən illə müqayisədə doqquz faiz azalıb:
"Ümumi qeysəriyyə əməliyyatlarının əmsalı 49 faiz təşkil edib. Vaxtından əvvəl doğuşların sayı 3926 olub və bu da əvvəlki illə müqayisədə altı faiz azalma deməkdir".
Скопировано
