Bakının bu ərazilərində hansı dəyişikliklər edildi? - Sürücü və sərnişinlərin nəzərinə - Baku TV
Bakıda sürücülər, xüsusilə taksi sürücüləri və sərnişinlər üçün daha 10 ünvanda minib-düşmə yerləri və taksilər üçün duracaqlar yaradılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, bəzi parklanma yerləri ləğv edilərək onların yerində 3.14 (“Durmaq qadağandır”) və 5.14 (“Minik taksiləri üçün duracaq yeri”) nişanları quraşdırılıb.
Yeni yerlər Heydər Əliyev prospektində 3 saylı Bakı DOST Mərkəzinin, Ziya Bünyadov prospektində 4 saylı DOST Mərkəzinin, Şərifzadə küçəsində 3 saylı “ASAN xidmət” mərkəzinin, 9-cu köndələn küçəsində 5 saylı “ASAN xidmət” mərkəzinin qarşısında yaradılıb.
Həmçinin “Memar Əcəmi” və “Azadlıq” stansiyalarının yaxınlığında, “28 Mall”ın yanında Füzuli və Şəmsi Bədəlbəyli küçələrində minib-düşmə yerləri təşkil olunub.
Artıq bu ərazilərdə taksi sürücüləri sərnişinləri rahat şəkildə götürə və düşürə biləcəklər.
Тег #Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi используется
- 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu keçirilib - Baku TV
- AYNA WUF13 çərçivəsində daşınan sərnişinlərin sayını açıqladı- Baku TV
- Piyadalar üçün şad xəbər | Yeni qərar barədə detallar açıqlandı - Baku TV
- "Əgər avtobusların hərəkətinə maneə yaranmasa..." | AYNA sədrindən açıqlama - Baku TV
- Sakinlər yol nişanlanmasının düzgün aparılmamasından şikayət edirlər - Baku TV
