“Bu faciədən sağ çıxmaq möcüzədir” | Devrişovlar ailəsi üçün unudulmayan dəhşətli gün - Baku TV
“Gözümü açanda oğlumu çağırdım, gördüm ki, sağdır. Elə bil dünyanı mənə verdilər”.
Bunu Baku TV-yə açıqlamasında ötən ilin bu günü AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsində xəsarət alan Tofik Devrişov deyib.
“Qəfil güclü titrəyiş oldu və təyyarə buludların arasına girdi. Hökumə xanım sərt eniş olacağını dedi, özümüzü möhkəm tutmağı və başımızı ön oturacağa sıxmağı tapşırdı. Hadisədən sonra sol qolum və ayağım işləmədi. İndi ayağım yaxşıdır, amma qolum 50 faiz işləyir, yuxarı qalxmır”, – deyə o əlavə edib.
Qəza zamanı xəsarət alan oğlu Samir Devrişov isə bildirib ki, bu faciədən sağ çıxmaları möcüzədir:
“Komanda verildi və təyyarə yerə çırpıldı. Bir anlıq huşum itirdim. Təyyarədən çıxanda Zaqataladan olan bir qız kömək istədi, ayağından zədə almışdı. Onu da çıxartdım. Köməyə gələn insanlar atamla məni xəstəxanaya apardılar. Bu faciədən sağ çıxmaq möcüzədir”.
Qeyd edək ki, 2024-cü il dekabrın 25-i Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.
Тег #Bakı-Qroznı reysi используется
- "Bu bizim bölüşdüyümüz bir faciədir" | Zaxarovadan vacib açıqlama - Baku TV
- “Arzuları 1 anın içində yarımçıq qaldı” | Ailələri Milli Qəhrəmanların məzarları başında - Baku TV
- “Elə bilirdik ki, quş sürüsü girib” | Təyyarə qəzasında möcüzəvi şəkildə sağ qalan şəxs - Baku TV
- Hökumə Əliyevanın evinə ziyarətçi axını | “Hər şey yaxşı olacaq” kəlməsi qulağımızdadır” - Baku TV
- İlham Əliyev AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım etdi - Baku TV
