“Niyə məktəbin önündə parkinq olmalıdır ki?!” | Müəllimlər “AzParking”dən şikayətləndi - Baku TV
Nərimanov rayonu, 200 nömrəli məktəb-lisey kompleksinin müəllimləri Baku TV-nin qaynar xəttinə müraciət edərək təhsil ocağının qarşısında yaradılan “AzParking” zonasından narazılıqlarını bildiriblər.
Onların sözlərinə görə, hər gün işə gedib-gəldikləri üçün avtomobillərini məktəbin qarşısında saxlayırlar və bunun müqabilində gündəlik 4-5 manat ödəniş edirlər.
Müəllimlərdən biri bildirib ki, ərazi onların xəbəri olmadan, heç bir elan verilmədən və avtomobillər siyahıya alınmadan “AzParking” zonası elan edilib:
“Dərsdə oturduğumuz yerdə hər gün cərimələr gəlir”.
Başqa bir müəllim isə məsələ ilə bağlı narazılığını belə ifadə edib:
“Həftənin beş günü 40 manat ödəsəm, ayın sonunda bu, kifayət qədər böyük məbləğ edir. “AzParking” əməkdaşlarına şikayət etdikdə isə “ictimai nəqliyyatdan istifadə edin” cavabını alırıq”.
Тег #Nərimanov rayonu используется
- Nərimanovdakı səki piyadalar üçün keçilməz oldu | Sakinlər şikayət edir - Baku TV
- Maşının üstünə çıxır, altına girir | Siçanların əlindən təngə gələn sakinlər - Baku TV
- Bakıda daha bir çoxmərtəbəli binada yanğın baş verdi | FHN hadisə yerində
- Nərimanovda qorxulu anlar | Sakinlər yaşadığı dəhşətdən danışdı
- Partlayışda yaralananların son vəziyyəti açıqlandı
