Cəmiyyət
Выбрать плеер:

Dəhşətli qəzadan sağ çıxan sərnişin təyyarədə yaşananları danışdı

27 декабря 2024 39 просмотров

Dekabrın 25-i Aktauda baş verən dəhşətli təyyarə qəzasında duaları ilə tanınan Subxonkul Rəhimov Baku TV-yə açıqlama verib.

Hazırda Yekaterinburqda xəstəxanalardan birində müalicə alan Subxonkul həmin gün təyyarədə yaşananlar haqqında danışıb:

“Sanki həyatımın son anlarını yaşayırdım. Elə düşünürdük ki, təyyarə bu saniyə yerə çırpılacaq, hər kəs həlak olacaq. Daha sonra isə Allahın köməkliyi ilə pilot peşəkarcasına tarazlığı bərpa edə bildi. Bir anlıq düşündük ki, vəziyyət normallaşır, sakitlikdir, yaxınlıqda olan hər hansı hava limanına enə biləcəyik.

Daha sonra yenidən təyyarə əsməyə başladı, hiss olunurdu ki, nəsə baş verir. Təyyarəni idarə etmək mümkün deyildi. Həmin vaxt başa düşdüm ki, vəziyyət yaxşı deyil, dualar etməyə başladım. Pilot peşəkarcasına sona qədər idarəni əlinə aldı və yerə enə bildi, insanların əksəriyyəti sağ qaldı. Suya düşsəydik, hər kəs boğulub öləcəkdi”.

Subxonkul Rəhimov qəzada həlak olan stüardessa Hökumə Əliyevanın təlimatları sayəsində sağ qaldığını söyləyib:

“Hökumə olmasaydı, insanlar onun dediklərini yerinə yetirməsəydilər, daha çox adam həlak olacaqdı. Mən arzulayıram ki, həmin xanım heç vaxt unudulmasın, xatirəsi yaşadılsın. Onu bilin ki, qadın olaraq qorxu içində olanları sakitləşdirməyə çalışmaq hər adamın bacaracağı iş deyil.

Təsəvvür edin, 60-dan çox insan onun gözlərinin içinə baxırdı, ondan nə isə istəyirdi. O bizi qoyub gizlənə bilərdi və ya özünü itirə bilərdi. Amma Hökumə özündən çox digərlərini düşünürdü. O, təkbaşına hər kəslə ünsiyyətə girirdi, sakitləşdirməyə çalışırdı. Düşünürəm ki, Hökumənin bizə verdiyi təlimatlar sayəsində bu gün mən sağam”. 

Скопировано
Yeməkdən əvvəl bəhməz və limon qarışımını qəbul etməyin faydaları | Bir çox xəstəliklərə qarşı...

Yeməkdən əvvəl bəhməz və limon qarışımını qəbul etməyin faydaları | Bir çox xəstəliklərə qarşı...

Cəmiyyət
28 декабря 2024 39 просмотров
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin nəşi Qazaxıstandan Azərbaycana gətirilir

Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin nəşi Qazaxıstandan Azərbaycana gətirilir

Cəmiyyət
28 декабря 2024 39 просмотров
Qaraciyərinizi qorumaq üçün bunlarla qidalanın | Diyetoloqlardan mühüm açıqlama

Qaraciyərinizi qorumaq üçün bunlarla qidalanın | Diyetoloqlardan mühüm açıqlama

Cəmiyyət
28 декабря 2024 39 просмотров
Bu meyvə erkən ölüm riskini necə aradan qaldırır?

Bu meyvə erkən ölüm riskini necə aradan qaldırır?

Cəmiyyət
28 декабря 2024 39 просмотров
Qax rayonunu qatı duman əsir aldı | Anbaan görüntülər

Qax rayonunu qatı duman əsir aldı | Anbaan görüntülər

Cəmiyyət
28 декабря 2024 39 просмотров
Sakinlər Xankəndidəki "Qış nağılı" yarmarkasına axın edir | Ən son görüntülər

Sakinlər Xankəndidəki "Qış nağılı" yarmarkasına axın edir | Ən son görüntülər

Cəmiyyət
28 декабря 2024 39 просмотров
Təyyarə qəzasında yaralananlara səyyar “ASAN xidmət” göstərilib | Detallar açıqlandı

Təyyarə qəzasında yaralananlara səyyar “ASAN xidmət” göstərilib | Detallar açıqlandı

Cəmiyyət
28 декабря 2024 39 просмотров
Limonun saysız-hesabsız faydaları | Saç tökülməsinə qarşı isə...

Limonun saysız-hesabsız faydaları | Saç tökülməsinə qarşı isə...

Cəmiyyət
28 декабря 2024 39 просмотров
Neçə vəkilin işinə xitam vermək üçün məhkəməyə verilib? | Anar Bağırovdan açıqlama

Neçə vəkilin işinə xitam vermək üçün məhkəməyə verilib? | Anar Bağırovdan açıqlama

Cəmiyyət
28 декабря 2024 39 просмотров
Çox mədəni insan idi | Həlak olan Aleksandr Kalyaninovun yaxınları xatirələrini bölüşdü

Çox mədəni insan idi | Həlak olan Aleksandr Kalyaninovun yaxınları xatirələrini bölüşdü

Cəmiyyət
28 декабря 2024 39 просмотров
Выбранные
icon