Cəmiyyət
Выбрать плеер:
Təyyarə qəzasında yaralananlara səyyar “ASAN xidmət” göstərilib | Detallar açıqlandı
Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində sənədləri korlanan yaralı sərnişinlərə səyyar “ASAN xidmət” göstərilib.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, səyyar xidmət məqsədilə “ASAN xidmət” və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət birgə operativ səyyar qrup formalaşdırılıb.
“Yeni Klinika” tibb müəssisəsində müalicə alan yaralılara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilib.
Скопировано
Выбранные