Fərman Həsənov UFC qələbəsinin arxasındakı həqiqətləri, yaşadığı çətinlikləri danışdı - QAPQARA
“Qapqara” verilişinin yeni buraxılışının qonağı UFC döyüşçüsü Fərman Həsənov olub.
O, UFC-dəki ilk döyüşündə yaşadığı çətinliklərdən və rekord qırdığı qarşılaşmanın pərdəarxası məqamlarından danışıb:
“Döyüşə çıxanda planda yumruq vurmaq yox idi. Əllərim zədəli idi, sümüklər yerini dəyişmişdi. Ona görə bütün döyüşü ancaq güləşdim. Beləliklə, UFC-də 77 kiloqram çəki dərəcəsində ilk raundda ən çox “take down” edən idmançı kimi tarixə düşdüm”.
Fərman Həsənov həmçinin UFC-yə gedən yolda qarşılaşdığı ağır sınaqlardan söz açıb. O, Amerikada heç bir tanışının, menecerinin və döyüşə biləcəyi liqanın olmadığını, ilk vaxtlar kuryer kimi işlədiyini və məşqlərlə işi eyni anda apardığını bildirib:
“10 ay ilk döyüşümü gözləmişəm. Məşqə gedirdim, sonra işləyirdim, yenidən məşqə qayıdırdım. Heç kimlə bölüşmürdüm ki, hansı çətinliklərlə qarşılaşıram. Evə də deyirdim ki, hər şey yaxşıdır”.
F.Həsənov hazırda əllərinin hələ tam sağalmadığını və əməliyyat üçün karyerasına fasilə vermək istəmədiyini də qeyd edib.
Тег #Fərman Həsənov используется
