Выбрать плеер:

Göyçay sakini evinə niyə su çəkdirə bilmir? - Baku TV

06 марта 2026 173 просмотров

Göyçay şəhər sakini Röyal Nəsrullayev Baku TV-nin qaynar xəttinə müraciət edərək atasından miras qalan evə su çəkdirməkdə çətinlik çəkdiyini bildirib.

O, uzun illərdir yaşadığı evə su çəkdirməyə çalışdığını, lakin bunun mümkün olmadığını qeyd edib:

“Burada 2 minə yaxın ev var, amma heç birinin sənədi yoxdur. O vaxtlar hamı müraciət edirdi, qaz, işıq və kanalizasiya xətləri çəkilmişdi, vətəndaşlar hər şeylə təmin olunmuşdu. Mən də qazı və işığı çəkdirmişəm. İndi isə su çəkdirmək istəyirəm, amma su çəkilmir. Evin sənədini tələb edirlər, sənəd ala bilmirəm. Kanalizasiya və su xətti qapımın ağzındadır, iki ildir qalmışam sənədlərlə yollarda, heç kim mənim işimə baxmır”.

Məsələ ilə bağlı Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, fərdi yaşayış evinə suyun çəkilməsi yalnız evin sənədi və təsdiqlənmiş layihə ilə mümkündür. 2024-cü ildən qüvvəyə minən yeni qaydalara əsasən, bu sənədlər olmadan su çəkilməsi həyata keçirilə bilməz.

Araşdırmalar zamanı məlum olub ki, əslində, problemin səbəbi başqadır və Röyal Nəsrullayev bunu müsahibəsində açıqlamayıb. O, qardaşı ilə eyni mülkdə yaşayır və mülkün bölünməsi zamanı su xətti qardaşı tərəfindən kəsilib.

Скопировано
Kür çayının səviyyəsi artıb

Kür çayının səviyyəsi artıb

Cəmiyyət
19 апреля 2026 173 просмотров
Xəzərin sahilində ilk dəfə çərpələng festivalı keçirildi - Baku TV

Xəzərin sahilində ilk dəfə çərpələng festivalı keçirildi - Baku TV

Cəmiyyət
19 апреля 2026 173 просмотров
Görmə məhdudiyyətli ifaçı Fatimə Qafarovanın sarsıdıcı hekayəsi: "Çoxuna güvənmirəm” - ARZUNUN VAXTI

Görmə məhdudiyyətli ifaçı Fatimə Qafarovanın sarsıdıcı hekayəsi: "Çoxuna güvənmirəm” - ARZUNUN VAXTI

Cəmiyyət
18 апреля 2026 173 просмотров
Yağıntılı hava hələ də davam edəcək? | Hava haqqında məlumat - Baku TV

Yağıntılı hava hələ də davam edəcək? | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
18 апреля 2026 173 просмотров
“Oğluma etdiyimə görə özümü bağışlaya bilmirəm” | İlhamiyyə Rza nəyi etiraf etdi? - QAPQARA

“Oğluma etdiyimə görə özümü bağışlaya bilmirəm” | İlhamiyyə Rza nəyi etiraf etdi? - QAPQARA

Cəmiyyət
18 апреля 2026 173 просмотров
"Azərbaycanda bəstələdiyim mahnı Türkiyədə partladı" | Əhməd Şəfəq 12 ildən sonra Bakıda - Baku TV

"Azərbaycanda bəstələdiyim mahnı Türkiyədə partladı" | Əhməd Şəfəq 12 ildən sonra Bakıda - Baku TV

Cəmiyyət
18 апреля 2026 173 просмотров
Nizami məqbərə kompleksinin direktoru abidənin tarixi haqqında danışdı - Baku TV

Nizami məqbərə kompleksinin direktoru abidənin tarixi haqqında danışdı - Baku TV

Cəmiyyət
18 апреля 2026 173 просмотров
Onlayn sifarişlər zamanı yaşanan dələduzluq hadisələri | "Azərpoçt" adından fırıldaqçılıq - Baku TV

Onlayn sifarişlər zamanı yaşanan dələduzluq hadisələri | "Azərpoçt" adından fırıldaqçılıq - Baku TV

Cəmiyyət
18 апреля 2026 173 просмотров
Bəzi dərslər onlayn formada keçirilə bilər | Tələbələrin onlayn dərslərə münasibəti - Baku TV

Bəzi dərslər onlayn formada keçirilə bilər | Tələbələrin onlayn dərslərə münasibəti - Baku TV

Cəmiyyət
18 апреля 2026 173 просмотров
Xəzərin sahilində çərpələng şousu | Festivaldan maraqlı görüntülər - Baku TV

Xəzərin sahilində çərpələng şousu | Festivaldan maraqlı görüntülər - Baku TV

Cəmiyyət
18 апреля 2026 173 просмотров
Выбранные
icon