Выбрать плеер:

Gediş haqqına görə kartlardan niyə əlavə ödəniş çıxılır? - Açıqlama verildi - Baku TV

30 апреля 2026 40 просмотров

İctimai nəqliyyatda ödənişlərlə bağlı narazılıqlar artır.

Vətəndaşlar bildirirlər ki, bəzən ictimai nəqliyyatdan istifadə etmədikləri halda belə balanslarından vəsait silinir. Bəzi hallarda isə edilən ödənişlərin iki-üç qatının çıxıldığı qeyd olunur.

“Gördüm ki, fərqli vaxtlarda balansımdan ardıcıl şəkildə pul çıxılıb. Halbuki sistemdən cəmi bir dəfə istifadə etmişdim. Kartım məhdudlaşdırılmışdı və axşam, eləcə də səhər saatlarında iki dəfə vəsait silinmişdi”, – deyə vətəndaşlardan biri bildirib.

Başqa bir vətəndaş isə qeyd edib:

“Məndən pul çıxıldığı dərhal görünmür. Evə çatandan sonra isə dalbadal mesajlar gəlir ki, bu qədər vəsait çıxılıb. Bəzən istifadə etdiyim halda da, etmədiyim halda da bildirişlər gəlir ki, pul çıxılacaq. Ona görə də artıq kartımda pul saxlamıram”.

“Bakıkart”ın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Kərimli bildirib ki, ictimai nəqliyyatda ödənişlər gecikdirilmiş avtorizasiya prinsipi əsasında həyata keçirilir.

Onun sözlərinə görə, bu səbəbdən sərnişin tərəfindən edilən ödənişlər bəzən dərhal, bəzən isə müəyyən vaxt intervalı ilə balansdan silinir:

“Hazırda 24, 25, 26 və 27 aprel tarixlərində edilən gedişlərin ödənişləri bank kartlarından gecikmə ilə çıxılır. Sərnişin dünən ictimai nəqliyyatdan istifadə etmədiyi halda bu gün niyə ödəniş çıxılıb deyə düşünə bilər. Bu, əvvəlki günlərə aid ödəniş ola bilər.

Qəbzdə göstərilən RN kodu vasitəsilə hansı tarixdə gedişin baş verdiyini və ödənişin nə zaman həyata keçirildiyini dəqiqləşdirmək mümkündür. Kartda kifayət qədər vəsait olmasa belə, ödəniş sistem tərəfindən həyata keçirilir və bu məbləğ sonradan borc kimi əks olunur. Bu halda kart məhdudlaşdırıla bilər”.

Скопировано
"Baku TV" görkəmli rejissor Ramiz Həsənoğlu haqqında sənədli film çəkdi - Baku TV

"Baku TV" görkəmli rejissor Ramiz Həsənoğlu haqqında sənədli film çəkdi - Baku TV

Cəmiyyət
30 апреля 2026 40 просмотров
Xocavəndə növbəti köç | 135 nəfər doğma yurduna qayıtdı - Baku TV

Xocavəndə növbəti köç | 135 nəfər doğma yurduna qayıtdı - Baku TV

Cəmiyyət
30 апреля 2026 40 просмотров
Tamaşaçı ilə doğmalaşan böyük rejissor Ramiz Həsənoğlu haqqında “Sənin boyun ucadır” sənədli filmi

Tamaşaçı ilə doğmalaşan böyük rejissor Ramiz Həsənoğlu haqqında “Sənin boyun ucadır” sənədli filmi

Cəmiyyət
30 апреля 2026 40 просмотров
Səyahət planları kabusa çevrildi | Tur paketi alanlardan niyə əlavə ödəniş istənilir? - Baku TV

Səyahət planları kabusa çevrildi | Tur paketi alanlardan niyə əlavə ödəniş istənilir? - Baku TV

Cəmiyyət
30 апреля 2026 40 просмотров
Azərbaycanda artıq belə avtomobilləri almaq mümkünsüzə çevrilir? - Baku TV

Azərbaycanda artıq belə avtomobilləri almaq mümkünsüzə çevrilir? - Baku TV

Cəmiyyət
30 апреля 2026 40 просмотров
Leyla və Arzu Əliyevaların Şəkidə görüşdüyü sənətkar danışdı - Baku TV

Leyla və Arzu Əliyevaların Şəkidə görüşdüyü sənətkar danışdı - Baku TV

Cəmiyyət
30 апреля 2026 40 просмотров
Sosial şəbəkələrlə bağlı qadağalar niyə işə yaramır?

Sosial şəbəkələrlə bağlı qadağalar niyə işə yaramır?

Cəmiyyət
30 апреля 2026 40 просмотров
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 27 il ötür - Baku TV

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 27 il ötür - Baku TV

Cəmiyyət
30 апреля 2026 40 просмотров
Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror aktının 17-ci ildönümüdür - Baku TV

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror aktının 17-ci ildönümüdür - Baku TV

Cəmiyyət
30 апреля 2026 40 просмотров
Şamaxı-Ağsu dolayında dumanlı havaya görə sürücülər yollarda qaldı - Baku TV

Şamaxı-Ağsu dolayında dumanlı havaya görə sürücülər yollarda qaldı - Baku TV

Cəmiyyət
30 апреля 2026 40 просмотров
Выбранные
icon