Выбрать плеер:

"Şikayətlərə baxmadılar, ona görə..." - MTK-vətəndaş mübahisələrinə son qoyan çıxış yolu - Baku TV

29 апреля 2026 23 просмотров

Çoxmərtəbəli binalardan ev alan və uzun illər yaşayan əksər vətəndaşların üzləşdiyi əsas problemlərdən biri binanın idarə olunması ilə bağlıdır.

Belə ki, əksər MTK-lar binanı tikib mənzilləri satsalar da, idarəetməni sakinlərə təhvil vermir və özləri idarə etməyə davam edirlər. Bu isə təbii olaraq sakinlərin narazılığına səbəb olur.

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev bildirir ki, mövcud qanunvericiliyə əsasən, çoxmənzilli binalar istismara verildikdən sonra həmin binalarda yaşayan mənzil mülkiyyətçiləri tərəfindən müştərək cəmiyyətlər yaradılmalı və idarəetmə məhz sakinlər tərəfindən həyata keçirilməlidir:

“Bu halda sakinlər ya idarəetməni özləri həyata keçirə, ya da istədikləri idarəedici şirkətə həvalə edə bilərlər”.

Nərimanov rayonundakı komplekslərdən birində məhz bu idarəetmə forması tətbiq olunur və bina sakinlər tərəfindən idarə edilir.

Sakinlərin sözlərinə görə, bu model bir çox binalarda arzulansa da, hər yerdə tətbiq olunmur.

“Səliqə var, qayda-qanun var. Komendant da çox yaxşı insandır. Bütün arzularımızı və istəklərimizi nəzərə alır. Ödədiyimiz vəsaitin necə xərcləndiyi barədə də məlumatlıyıq”, – deyə sakinlərdən biri bildirib.

Digər sakin isə qeyd edib ki, əvvəl MTK ilə bağlı narazılıqlar olub:

“Bir müddət şikayətlərimizi bildirdik, amma nəticə olmadı. Buna görə də yığışıb qanunvericiliyin bizə verdiyi hüquqlardan istifadə edərək mülkiyyətçilərin cəmiyyətini yaratdıq və indi özümüz idarə edirik. Bura yaşayış yeridir, qazanc mənbəyi deyil. Hər il mütləq hesabat verilir: nə qədər vəsait toplanıb, hansı işlər görülüb – hamısı açıqlanır”.

Скопировано
“50-yə yaxın evə ziyan dəydi” | Selin fəsadları ilə bağlı hansı işlər görülür? - Baku TV

“50-yə yaxın evə ziyan dəydi” | Selin fəsadları ilə bağlı hansı işlər görülür? - Baku TV

Cəmiyyət
29 апреля 2026 23 просмотров
“Yeni texnologiyanın qulu olacağıq” | Müasir insanı dinə gətirən və ya çəkindirən nədir? - AMİN

“Yeni texnologiyanın qulu olacağıq” | Müasir insanı dinə gətirən və ya çəkindirən nədir? - AMİN

Cəmiyyət
29 апреля 2026 23 просмотров
“Əlil uşağım var, məni də aldatdılar” | “TikTok”da hansı satış səhifələri dələduzluq edir? - Baku TV

“Əlil uşağım var, məni də aldatdılar” | “TikTok”da hansı satış səhifələri dələduzluq edir? - Baku TV

Cəmiyyət
29 апреля 2026 23 просмотров
“11 şəhərin Baş planının yenilənməsi üzrə işlər davam etdirilir” | Anar Quliyev

“11 şəhərin Baş planının yenilənməsi üzrə işlər davam etdirilir” | Anar Quliyev

Cəmiyyət
29 апреля 2026 23 просмотров
İnsanların gördüyü yuxular nələrdən xəbər verir?

İnsanların gördüyü yuxular nələrdən xəbər verir?

Cəmiyyət
29 апреля 2026 23 просмотров
Qiymət artımlarının arxasında nə dayanır? - Ev almaq niyə xəyala çevrilib? - Baku TV

Qiymət artımlarının arxasında nə dayanır? - Ev almaq niyə xəyala çevrilib? - Baku TV

Cəmiyyət
29 апреля 2026 23 просмотров
Azərbaycanda sel təhlükəsi: gələcək üçün hansı addımlar atılacaq? - AKTUAL GÜNDƏM

Azərbaycanda sel təhlükəsi: gələcək üçün hansı addımlar atılacaq? - AKTUAL GÜNDƏM

Cəmiyyət
29 апреля 2026 23 просмотров
“Hamısı çatladı” | Çernobıl əlili çarəsiz halda: “Gecə evdən səs gəlir, sanki zəlzələdir” - Baku TV

“Hamısı çatladı” | Çernobıl əlili çarəsiz halda: “Gecə evdən səs gəlir, sanki zəlzələdir” - Baku TV

Cəmiyyət
29 апреля 2026 23 просмотров
Tramp Böyük Britaniya kralını ABŞ-də necə qarşıladı? - 24 SAAT

Tramp Böyük Britaniya kralını ABŞ-də necə qarşıladı? - 24 SAAT

Cəmiyyət
29 апреля 2026 23 просмотров
Yeni tikiləcək mənzillərdə kombi qadağası | Marketlərdə diqqətdən yayınan təhlükə - YENİ BİR SƏHƏR

Yeni tikiləcək mənzillərdə kombi qadağası | Marketlərdə diqqətdən yayınan təhlükə - YENİ BİR SƏHƏR

Cəmiyyət
29 апреля 2026 23 просмотров
Выбранные
icon