Выбрать плеер:

“Hamısı çatladı” | Çernobıl əlili çarəsiz halda: “Gecə evdən səs gəlir, sanki zəlzələdir” - Baku TV

29 апреля 2026 19 просмотров

Masallı rayon sakini, II qrup Çernobıl əlili Tahir Abdullayev illərdir beş nəfər ailə üzvü ilə birlikdə qəzalı vəziyyətdə olan evdə yaşadığını bildirir.

O, Baku TV-nin qaynar xəttinə müraciət edərək qeyd edib ki, 2015-ci ildən mənzil növbəsində olsa da, bu günə qədər mənzillə təmin olunmayıb.

Tahir Abdullayevin sözlərinə görə, ilkin mərhələdə sənədlərdə texniki səhv baş verib və ailə üzvlərinin adları sərəncama daxil edilməyib. Daha sonra düzəliş edilsə də, məsələ həllini tapmayıb.

“Sosial Xidmətlər Agentliyi tərəfindən mənə birotaqlı mənzil ayrılmışdı. Dərhal İcra Hakimiyyətinə müraciət etdim, sənədlərdə düzəliş edildi və yeni sərəncam Agentliyə göndərildi. Bildirdilər ki, bir aya komissiya toplanacaq. Amma uzun müddət keçsə də, heç bir nəticə olmadı”, – deyə Tahir Abdullayev qeyd edib.

O əlavə edib ki, yaşadığı ev ciddi şəkildə deformasiyaya uğrayıb, divarlarda dərin çatlar yaranıb və tikili hər an uçmaq təhlükəsi ilə üz-üzədir: “Evin bir tərəfi çöküb. Burada yaşamağa məcburuq. Kiçik bir zəlzələ olsa, ev tamamilə uçacaq”.

Sosial Xidmətlər Agentliyindən isə bildirilib ki, Tahir Abdullayevin sənədlərinə baxış zamanı onun Masallı rayonunda istifadəsində fərdi yaşayış evinin olduğu müəyyən edilib.

Qeyd olunub ki, Mənzil Məcəlləsinə əsasən, mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi ölçüsü müəyyənləşdirilərkən həmin əmlak da nəzərə alınır. Bu səbəbdən vətəndaşın Masallı rayonunda olan əmlakı da hesablanaraq onun birotaqlı mənzillə təmin olunması nəzərdə tutulub.

Agentlikdən əlavə olunub ki, Tahir Abdullayevin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə qanunvericiliyə uyğun olaraq növbəlilik qaydasında baxılacaq.

Скопировано
Tramp Böyük Britaniya kralını ABŞ-də necə qarşıladı? - 24 SAAT

Tramp Böyük Britaniya kralını ABŞ-də necə qarşıladı? - 24 SAAT

Cəmiyyət
29 апреля 2026 19 просмотров
Yeni tikiləcək mənzillərdə kombi qadağası | Marketlərdə diqqətdən yayınan təhlükə - YENİ BİR SƏHƏR

Yeni tikiləcək mənzillərdə kombi qadağası | Marketlərdə diqqətdən yayınan təhlükə - YENİ BİR SƏHƏR

Cəmiyyət
29 апреля 2026 19 просмотров
"Rəqəmsal məktəb" daha beş şəhərdə tətbiq olunacaq

"Rəqəmsal məktəb" daha beş şəhərdə tətbiq olunacaq

Cəmiyyət
28 апреля 2026 19 просмотров
Cərimə hesabına qəzaları azaltmaq olar? - “Məcbur edir ki, qaydanı poz!” | NECƏ OLMALIDIR?

Cərimə hesabına qəzaları azaltmaq olar? - “Məcbur edir ki, qaydanı poz!” | NECƏ OLMALIDIR?

Cəmiyyət
28 апреля 2026 19 просмотров
Su altında qalan və zərər görən evlərlə bağlı imzalanan sərəncamın detalları - Baku TV

Su altında qalan və zərər görən evlərlə bağlı imzalanan sərəncamın detalları - Baku TV

Cəmiyyət
28 апреля 2026 19 просмотров
"Hədəflərimizə çata bilirik" | "Qərbi Azərbaycan İrsini Tanı" layihəsi yekunlaşdı - Baku TV

"Hədəflərimizə çata bilirik" | "Qərbi Azərbaycan İrsini Tanı" layihəsi yekunlaşdı - Baku TV

Cəmiyyət
28 апреля 2026 19 просмотров
Məktəblərdəki xoşagəlməz hadisələr Agentliyin gündəmindədir

Məktəblərdəki xoşagəlməz hadisələr Agentliyin gündəmindədir

Cəmiyyət
28 апреля 2026 19 просмотров
"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzaladı - Baku TV

"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzaladı - Baku TV

Cəmiyyət
28 апреля 2026 19 просмотров
Əməkhaqları artan müəllimlərin sayı 90 minə çatacaq

Əməkhaqları artan müəllimlərin sayı 90 minə çatacaq

Cəmiyyət
28 апреля 2026 19 просмотров
Müəllimlərin işə qəbul müsabiqəsi iyulda baş tutacaq

Müəllimlərin işə qəbul müsabiqəsi iyulda baş tutacaq

Cəmiyyət
28 апреля 2026 19 просмотров
Выбранные
icon