Выбрать плеер:

Səyahət planları kabusa çevrildi | Tur paketi alanlardan niyə əlavə ödəniş istənilir? - Baku TV

30 апреля 2026 46 просмотров

Türkiyəyə uçuşlar üzrə inhisarçı mövqedə olduğu bildirilən “Summer Tour Azərbaycan” şirkəti artıq satılmış və müştərilərə təqdim edilmiş tur paketləri üzrə əlavə ödəniş tələb etməyə başlayıb.

Şirkətin yaydığı açıqlamada qeyd olunur ki, indiyədək satılmış və ödənişi tam həyata keçirilmiş Türkiyə turları üzrə hər bir səyahətçidən 65 dollar əlavə ödəniş tələb olunur.

Turizm şirkətlərinə ünvanlanan məlumatda bu qərarın səbəbi kimi dünya üzrə mövcud iqtisadi vəziyyət, yanacaq qiymətlərində ciddi artım və çatışmazlıq fonunda aviabiletlərin qiymətlərində baş verən dəyişikliklər göstərilir.

Turizm eksperti Rəhman Quliyev isə bildirib ki, “Azərbaycan Hava Yolları” QSC-də hazırda hər hansı qiymət artımı müşahidə olunmur:

“Bahalaşma olsa belə, satış siyasətinə uyğun olaraq bu cür qərarlar yalnız qərarın verildiyi tarixdən sonra rəsmiləşdirilən biletlərə şamil edilə bilər. Azərbaycanda fəaliyyət göstərən tur operatorlar aviabilet, hotel, sığorta, transfer kimi xidmətləri paket halına salaraq vergi ödəyicisi olan turizm şirkətləri vasitəsilə müəyyən marja ilə satışa çıxarırlar. Bu qərar turizm şirkətlərini ciddi maliyyə çətinliyi ilə üz-üzə qoya bilər. Turistlərlə turizm şirkətləri arasında narazılıq və mübahisələrin yaranması istisna deyil”.

Məsələ ilə bağlı “Summer Tour Azərbaycan” şirkətindən qeyd edilib ki, yanacaq əlavəsinin tətbiqi onların qərarı deyil və bu, şirkətin səlahiyyətlərinə daxil deyil:

“Təyyarələr aviaşirkətlərə məxsusdur və bu kimi dəyişikliklər birbaşa aviaşirkətlər tərəfindən tənzimlənir. Yanacaq əlavəsinin ödənilməsi ilə razılaşmayan turistlərə isə ödənişlər müvafiq cərimələr tutulmadan tam şəkildə geri qaytarılacaq”.

"Baku TV" görkəmli rejissor Ramiz Həsənoğlu haqqında sənədli film çəkdi - Baku TV

"Baku TV" görkəmli rejissor Ramiz Həsənoğlu haqqında sənədli film çəkdi - Baku TV

Cəmiyyət
30 апреля 2026 46 просмотров
Xocavəndə növbəti köç | 135 nəfər doğma yurduna qayıtdı - Baku TV

Xocavəndə növbəti köç | 135 nəfər doğma yurduna qayıtdı - Baku TV

Cəmiyyət
30 апреля 2026 46 просмотров
Tamaşaçı ilə doğmalaşan böyük rejissor Ramiz Həsənoğlu haqqında “Sənin boyun ucadır” sənədli filmi

Tamaşaçı ilə doğmalaşan böyük rejissor Ramiz Həsənoğlu haqqında “Sənin boyun ucadır” sənədli filmi

Cəmiyyət
30 апреля 2026 46 просмотров
Gediş haqqına görə kartlardan niyə əlavə ödəniş çıxılır? - Açıqlama verildi - Baku TV

Gediş haqqına görə kartlardan niyə əlavə ödəniş çıxılır? - Açıqlama verildi - Baku TV

Cəmiyyət
30 апреля 2026 46 просмотров
Azərbaycanda artıq belə avtomobilləri almaq mümkünsüzə çevrilir? - Baku TV

Azərbaycanda artıq belə avtomobilləri almaq mümkünsüzə çevrilir? - Baku TV

Cəmiyyət
30 апреля 2026 46 просмотров
Leyla və Arzu Əliyevaların Şəkidə görüşdüyü sənətkar danışdı - Baku TV

Leyla və Arzu Əliyevaların Şəkidə görüşdüyü sənətkar danışdı - Baku TV

Cəmiyyət
30 апреля 2026 46 просмотров
Sosial şəbəkələrlə bağlı qadağalar niyə işə yaramır?

Sosial şəbəkələrlə bağlı qadağalar niyə işə yaramır?

Cəmiyyət
30 апреля 2026 46 просмотров
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 27 il ötür - Baku TV

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 27 il ötür - Baku TV

Cəmiyyət
30 апреля 2026 46 просмотров
Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror aktının 17-ci ildönümüdür - Baku TV

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror aktının 17-ci ildönümüdür - Baku TV

Cəmiyyət
30 апреля 2026 46 просмотров
Şamaxı-Ağsu dolayında dumanlı havaya görə sürücülər yollarda qaldı - Baku TV

Şamaxı-Ağsu dolayında dumanlı havaya görə sürücülər yollarda qaldı - Baku TV

Cəmiyyət
30 апреля 2026 46 просмотров
Выбранные
icon