Выбрать плеер:

Sosial şəbəkələrlə bağlı qadağalar niyə işə yaramır?

30 апреля 2026 34 просмотров

Gənclər arasında rəqəmsal mühitdə hüquq pozuntularının çoxalması azyaşlıların qlobal şəbəkədə daha çox vaxt keçirməsi ilə əlaqələndirilsə də, onlara sosial şəbəkələrdən istifadə etməyi qadağan etmək düzgün çıxış yolu deyil.

Bu barədə rusiyalı mütəxəssis Yuliya Ablets danışıb. Ekspert bildirib ki, məhdudiyyətlər təkbaşına bu problemi həll etmir.

Ablets hesab edir ki, kibertəhlükəsizliyi təmin etmək üçün azyaşlılarda nizam-intizam, özünüidarəetmə və analitik düşünmə kimi fundamental vərdişlərin formalaşdırılması zəruridir.

Onun sözlərinə görə, yalnız onlayn keçirilən vaxtı azaltmaqla kifayətlənməmək, eyni zamanda uşaqlara informasiyanı şüurlu şəkildə qəbul etməyi aşılamaq böyük əhəmiyyət daşıyır.

Mütəxəssis valideynlərin sadəcə nəzarət funksiyasını deyil, həm də bələdçi rolunu üzərlərinə götürməli olduqlarını vurğulayıb. O, valideynlərin virtual aləmdə rast gəlinən məlumatları övladları ilə birlikdə təhlil etmələrinin və bu cür materialların onlara hansı formada təsir edə biləcəyini aydınlaşdırmalarının vacibliyini qeyd edib.

Ekspert həmçinin təhsil ocaqlarının informasiya savadlılığının artırılmasında əsas mövqelərdən birini tutmalı və sistemli internet təhlükəsizliyi dərslərinin tədris proqramlarına daxil edilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonda Yuliya Ablets bildirib ki, mövcud təhlükələri minimuma endirmək üçün ailə daxilində qarşılıqlı etimada əsaslanan münasibətlərin yaradılması vacibdir. Bu cür mühitdə azyaşlılar çəkinmədən dəstək istəyə bilər və təhlükəsiz internet davranışının əsas qaydalarını daha yaxşı mənimsəyərlər.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 27 il ötür - Baku TV

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 27 il ötür - Baku TV

Cəmiyyət
30 апреля 2026 34 просмотров
Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror aktının 17-ci ildönümüdür - Baku TV

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror aktının 17-ci ildönümüdür - Baku TV

Cəmiyyət
30 апреля 2026 34 просмотров
Şamaxı-Ağsu dolayında dumanlı havaya görə sürücülər yollarda qaldı - Baku TV

Şamaxı-Ağsu dolayında dumanlı havaya görə sürücülər yollarda qaldı - Baku TV

Cəmiyyət
30 апреля 2026 34 просмотров
“Çox çətin, ağır günlərimiz oldu, amma...” | 175 nəfər doğma yurduna qovuşdu - Baku TV

“Çox çətin, ağır günlərimiz oldu, amma...” | 175 nəfər doğma yurduna qovuşdu - Baku TV

Cəmiyyət
30 апреля 2026 34 просмотров
"Şikayətlərə baxmadılar, ona görə..." - MTK-vətəndaş mübahisələrinə son qoyan çıxış yolu - Baku TV

"Şikayətlərə baxmadılar, ona görə..." - MTK-vətəndaş mübahisələrinə son qoyan çıxış yolu - Baku TV

Cəmiyyət
29 апреля 2026 34 просмотров
“50-yə yaxın evə ziyan dəydi” | Selin fəsadları ilə bağlı hansı işlər görülür? - Baku TV

“50-yə yaxın evə ziyan dəydi” | Selin fəsadları ilə bağlı hansı işlər görülür? - Baku TV

Cəmiyyət
29 апреля 2026 34 просмотров
“Yeni texnologiyanın qulu olacağıq” | Müasir insanı dinə gətirən və ya çəkindirən nədir? - AMİN

“Yeni texnologiyanın qulu olacağıq” | Müasir insanı dinə gətirən və ya çəkindirən nədir? - AMİN

Cəmiyyət
29 апреля 2026 34 просмотров
“Əlil uşağım var, məni də aldatdılar” | “TikTok”da hansı satış səhifələri dələduzluq edir? - Baku TV

“Əlil uşağım var, məni də aldatdılar” | “TikTok”da hansı satış səhifələri dələduzluq edir? - Baku TV

Cəmiyyət
29 апреля 2026 34 просмотров
“11 şəhərin Baş planının yenilənməsi üzrə işlər davam etdirilir” | Anar Quliyev

“11 şəhərin Baş planının yenilənməsi üzrə işlər davam etdirilir” | Anar Quliyev

Cəmiyyət
29 апреля 2026 34 просмотров
İnsanların gördüyü yuxular nələrdən xəbər verir?

İnsanların gördüyü yuxular nələrdən xəbər verir?

Cəmiyyət
29 апреля 2026 34 просмотров
Выбранные
icon