Выбрать плеер:
Hökumə Əliyevanın doğum günündə atasından duyğulandıran sözlər | "Dövlətimdən xahiş edirəm ki..."
Avqustun 8-də Samux rayonunun Alıuşağı kəndində Milli Qəhrəman Hökumə Əliyevanın doğum günü qeyd edilib.
Onun ailəsinin təşəbbüsü ilə kənddə Milli Qəhrəmanın xatirəsinə yaradılan guşənin açılış mərasimi keçirilib.
Tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, yaxınları, AZAL nümayəndələri, həmkarları və rəsmi şəxslər iştirak ediblər.
Milli Qəhrəmanın atası Cəlil Alıyev qızının xatirəsini daim qəlbində yaşatdığını bildirib.
“Qızım Hökumənin ürəyimdə yeri əbədidir. Hökumənin onsuz keçirdiyimiz bu doğum gününü qəlbimdə qeyd edirəm. Dövlətimizdən xahiş edirəm ki, bu təyyarə qəzasında günahkar olanlar tezliklə tapılsın və layiqli cəzalarını alsınlar”, ‒ deyə o əlavə edib.
Скопировано
