“The Oligarch’s Design” sənədli filminin nümayişi olub - Baku TV
"AnewZ" TV-nin araşdırma seriyasından olan "The Oligarch's Design" sənədli filminin rəsmi nümayişi keçirilib.
Ekran əsəri açıq mənbə məlumatlarına və milyardlarla dolların ofşor strukturlar vasitəsilə hərəkət etdirildiyi "Troika Laundromat" maliyyə şəbəkəsini aşkar edən beynəlxalq tədqiqatlara əsaslanır.
Sənədli filmin əsas xətlərindən birini Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina etməsi ilə bağlı bəyanatları, bundan sonra regiona köçməsi və qondarma separatçı rejimdə vəzifə tutması ilə əlaqədar hadisələrin xronologiyası təşkil edir.
Filmdə həmçinin "Aurora Foundation" mövzusuna da toxunulub. Uzun illər ərzində dünyanın müxtəlif ölkələrindən tanınmış şəxslərin iştirak etdiyi platformanın nümayəndələri ilə müsahibələr aparılıb.
Təqdimat mərasimində deputatlar, media rəhbərləri və ictimai-siyasi şəxslər iştirak ediblər.
Qeyd edək ki, istehsalına 11 ay əvvəl başlanılan filmin çəkilişləri səkkiz ölkədə aparılıb.
