Выбрать плеер:

Hüquq jurnallarının vahid elektron axtarış bazası yaradılacaq

03 мая 2024 541 просмотров

Hüquq sahəsində nəşr olunan elmi jurnalların vahid elektron axtarış bazası yaradılacaq.

Hüquq və İnsan Haqları İnstitutu hüququn ayrı-ayrı sahələri, o cümlədən insan hüquq və azadlıqları sahəsində elmi-tədqiqat potensialının artırılması və hüquq nəşrlərinin bir bazada toplanılması məqsədilə dəyirmi masa təşkil edib.

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə bildirib ki, institut 109 hüquqşünas və 13 hüquq jurnalı arasında onlayn elektron sorğu keçirib və monitorinq hesabatı hazırlayıb.

Nəticədə bir çox hüquq jurnallarının elektron formatının mövcud olmaması, hüquqa dair məqalələrin keyfiyyətinin aşağı olması və beynəlxalq reytinqlərdə az təmsil olunmaları müəyyən edilib.

Bu problemin aradan qaldırılması üçün İnstitut BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə birlikdə hüquq jurnallarının vahid elektron axtarış bazasını yaratmağa dair razılıq əldə edib.

Vəkillər Kollegiyasının Akademiyasının rektoru Əmir Əliyev hüquq sahəsində məqalə dərc edən jurnallarla bağlı mövcud vəziyyətin qənaətbəxş olmadığını bildirib. O, hüquq jurnallarının nüfuzunu artırmaq üçün onların beynəlxalq data-bazada yer almasının vacibliyini deyib.

Qeyd edək ki, tədbirdə 20 hüquq jurnalının təsisçisi və redaksiya heyəti, hüquqşünas alimlər, eləcə də aidiyyəti dövlət qurumlarının əməkdaşları iştirak ediblər.

Müzakirələr zamanı elmi məqalələrin hazırlanmasında beynəlxalq təcrübənin tətbiq edilməsi, bu sahədə gənc hüquqşünaslara təlimlərin keçirilməsi, bəzi jurnalların sosial media hesablarının yaradılması, jurnallara göndərilən məqalələrin standartlara uyğunlaşdırılması təklifləri irəli sürülüb. 

Скопировано
FHN güclü külək və qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib - Baku TV CANLI

FHN güclü külək və qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib - Baku TV CANLI

Cəmiyyət
27 апреля 2026 541 просмотров
"Qeyri-adi oldu" | "Meri Poppins" tamaşasının premyerası: "Özümü tərbiyələndirirəm ki..." - Baku TV

"Qeyri-adi oldu" | "Meri Poppins" tamaşasının premyerası: "Özümü tərbiyələndirirəm ki..." - Baku TV

Cəmiyyət
27 апреля 2026 541 просмотров
Evlənmək istəyən 745 nəfər bu xəstəliyin daşıyıcısı çıxdı | "Bundan qurtulmaq üçün..." - Baku TV

Evlənmək istəyən 745 nəfər bu xəstəliyin daşıyıcısı çıxdı | "Bundan qurtulmaq üçün..." - Baku TV

Cəmiyyət
27 апреля 2026 541 просмотров
"TikTok" azyaşlıların önünə görün hansı videoları çıxarır | Sosial şəbəkədə gizli təhlükə - XÜLASƏ

"TikTok" azyaşlıların önünə görün hansı videoları çıxarır | Sosial şəbəkədə gizli təhlükə - XÜLASƏ

Cəmiyyət
26 апреля 2026 541 просмотров
Turist qadından sumqayıtlı sevgilisi barədə iddia | Təqsirləndirilən şəxs nə cavab verdi? - Baku TV

Turist qadından sumqayıtlı sevgilisi barədə iddia | Təqsirləndirilən şəxs nə cavab verdi? - Baku TV

Cəmiyyət
26 апреля 2026 541 просмотров
Bu ərazilər külək və yağışa hazır olsun | Hava haqqında məlumat - Baku TV

Bu ərazilər külək və yağışa hazır olsun | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
26 апреля 2026 541 просмотров
"Burada uzunömürlülüyün sirrini tapdıq" | Gələn geri dönmür: Bu kəndin sirri nədir? - KƏNDİNƏ QAYIT

"Burada uzunömürlülüyün sirrini tapdıq" | Gələn geri dönmür: Bu kəndin sirri nədir? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
26 апреля 2026 541 просмотров
Köhnə mənzillərin bahalaşması niyə səngidi? | Ekspertlərdən açıqlama - Baku TV

Köhnə mənzillərin bahalaşması niyə səngidi? | Ekspertlərdən açıqlama - Baku TV

Cəmiyyət
26 апреля 2026 541 просмотров
Yağışdan sonra coşan Künxırt şəlaləsi

Yağışdan sonra coşan Künxırt şəlaləsi

Cəmiyyət
26 апреля 2026 541 просмотров
7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi - Baku TV

7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi - Baku TV

Cəmiyyət
26 апреля 2026 541 просмотров
Выбранные
icon