Cəmiyyət
Выбрать плеер:

İcbari Tibbi Sığorta ilə bu əməliyyat ödənişsiz olacaq

19 апреля 2024

Böyrəyin çıxarılması əməliyyatı nefrektomiya adlanır. Nefrektomiya icbari tibbi sığorta təminatına daxildir. Bu əməliyyat açıq və qapalı (laparoskopik) üsulla həyata keçirilir. Qoyulan diaqnoz, patologiyanın ağırlıq dərəcəsi, pasiyentin ümumi vəziyyəti və digər faktorlardan asılı olaraq uyğun cərrahi üsul seçilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 2021-2023-cü illər ərzində icbari tibbi sığorta hesabına böyrəyin tam və ya hissəvi çıxarılması ilə bağlı 3359 əməliyyat icra olunub.

Böyrəyin patoloji genişlənməsi, funksiyasının pozulması, böyrəyin büzüşməsi ilə nəticələnən irinli iltihabı və s. kimi patologiyalar əməliyyat üçün göstəriş hesab oluna bilər. Nefrektomiya böyrəyin funksiyasını bərpa etmək mümkün olmadıqda, həyati təhlükəli ağırlaşmaların inkişaf etmə riski yüksək olduqda və böyrək köçürülməsi əməliyyatlarında həkim tərəfindən təyin olunur.

Əməliyyatdan əvvəl təyin olunan instrumental və laborator müayinələr, o cümlədən qanın və sidiyin analizi, döş qəfəsi orqanlarının rentgenoqrafiyası, sidik-cinsiyyət sisteminin ultrasəs müayinəsi, böyrəklərin kompüter tomoqrafiyası və digər müayinələr icbari tibbi sığorta ilə ödənişsiz aparılır.

Sözügedən tibbi xidmətlə bağlı reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf icbari tibb sığorta təminatına daxildir. Həmçinin pasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir.

Скопировано
Tarixi abidənin üzərində qanunsuz tikinti apardılar | Qurum məsələyə qarışdı

Tarixi abidənin üzərində qanunsuz tikinti apardılar | Qurum məsələyə qarışdı

Cəmiyyət
02 мая 2024
“Koroğlu” stansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılır

“Koroğlu” stansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılır

Cəmiyyət
02 мая 2024
Evləri su aparıb, nə qədər gözləyək? - Bayıl sakinlərinin şikayəti

Evləri su aparıb, nə qədər gözləyək? - Bayıl sakinlərinin şikayəti

Cəmiyyət
02 мая 2024
Laçının Sus kəndindəki yeni evlərin görüntüsü | Başqa nələr tikildi?

Laçının Sus kəndindəki yeni evlərin görüntüsü | Başqa nələr tikildi?

Cəmiyyət
02 мая 2024
Turizmin inkişafı üçün hansı işlər görüləcək?

Turizmin inkişafı üçün hansı işlər görüləcək?

Cəmiyyət
02 мая 2024
“Biznes Mərkəzi Klubu” açıldı | Şirkətlərə hansı məsələlərdə dəstək olunacaq?

“Biznes Mərkəzi Klubu” açıldı | Şirkətlərə hansı məsələlərdə dəstək olunacaq?

Cəmiyyət
02 мая 2024
İsti su töküb, iynə vurdular | Qazi Amin əsirlikdə yaşadığı dəhşətdən danışdı

İsti su töküb, iynə vurdular | Qazi Amin əsirlikdə yaşadığı dəhşətdən danışdı

Cəmiyyət
02 мая 2024
Azərbaycanın əsas hədəfi budur | Turizm Agentliyindən mühüm açıqlama

Azərbaycanın əsas hədəfi budur | Turizm Agentliyindən mühüm açıqlama

Cəmiyyət
02 мая 2024
Sulu qar yağacaq | Hava haqqında məlumat

Sulu qar yağacaq | Hava haqqında məlumat

Cəmiyyət
02 мая 2024
Avropa Çempionatında birinci olan ilk azərbaycanlı qadın kimdir?

Avropa Çempionatında birinci olan ilk azərbaycanlı qadın kimdir?

Cəmiyyət
02 мая 2024
Выбранные
icon