Выбрать плеер:

“İnsanlar bu hadisəyə hazırlaşmalıdır!”- Dünya gözlənilməz fəlakətlə üzləşəcək?

22 мая 2025 533 просмотров

"2025-ci ildə planetimizi 50-yə qədər maqnit fırtınası gözləyir".

Bu barədə rusiyalı fizik Roman Kuçerov bildirib.

Onun sözlərinə görə, bəşəriyyət təkcə texniki sistemlərə təsir etməyən, həm də tropik enliklərdə Qütb parıltısı kimi nadir hadisələrə səbəb ola biləcək ekstremal maqnit həyəcanlarına hazır olmalıdır.

"Orta hesabla Yerdə ildə 30-35 orta intensivlikli maqnit fırtınası baş verir. Lakin yüksək Günəş aktivliyi dövrlərində bu rəqəm 50-yə çata bilər. 2025-ci il isə müxtəlif gücə malik geomaqnit həyəcanlarının sayının maksimuma çatacağı belə aktiv illərdən biri olacaq. Elektrik cihazları və avadanlıqlara ciddi təsir göstərə biləcək ekstremal maqnit fırtınaları da istisna deyil", – deyə R.Kuçerov xəbərdarlıq edib.

Alim 1859-cu ildə baş verən və müşahidə tarixində ən güclü maqnit fırtınası hesab edilən əfsanəvi "Kerrinqton hadisəsini" xatırladıb. Həmin fırtına teleqraf sistemlərinin genişmiqyaslı sıradan çıxmasına və hətta tropik enliklərdə Qütb parıltılarının müşahidə olunmasına səbəb olmuşdu.

"Bizim yüksək texnologiyalı dövrümüzdə belə bir hadisənin təkrarlanması daha ciddi nəticələrə səbəb ola bilər", – deyə fizik əlavə edib.

Roman Kuçerovun izahına görə, maqnit fırtınaları Günəşdə baş verən partlayışlardan sonra Yerin maqnit sahəsində yaranan həyəcanlardır.

Alimin bildirdiyinə görə, 2025-ci ildə Yer "həqiqi maqnit fırtınaları" ilə qarşılaşa bilər və insanlıq bu təbiət hadisəsinə vaxtında hazırlaşmalıdır.

Скопировано
“Sevdiyi qız can verəndə özünü çatdırdı” | Bayram kişini kövrəldən təsirli hekayə - O VAXTLAR

“Sevdiyi qız can verəndə özünü çatdırdı” | Bayram kişini kövrəldən təsirli hekayə - O VAXTLAR

Cəmiyyət
19 декабря 2025 533 просмотров
Ağzı açıq "lyuk"lar sürücülərə təhlükə yaratdı - Baku TV

Ağzı açıq "lyuk"lar sürücülərə təhlükə yaratdı - Baku TV

Cəmiyyət
19 декабря 2025 533 просмотров
Meyxana dünyasının tanınmış siması Ağakərim dünyasını dəyişdi - Baku TV

Meyxana dünyasının tanınmış siması Ağakərim dünyasını dəyişdi - Baku TV

Cəmiyyət
19 декабря 2025 533 просмотров
Azərbaycan QHT-si ilk dəfə Kərkükdə musiqi klipi çəkdi - Baku TV

Azərbaycan QHT-si ilk dəfə Kərkükdə musiqi klipi çəkdi - Baku TV

Cəmiyyət
19 декабря 2025 533 просмотров
Gələn il yeni hemodializ şöbələri yaradılacaq

Gələn il yeni hemodializ şöbələri yaradılacaq

Cəmiyyət
19 декабря 2025 533 просмотров
“Ağamirzə dedi ki, Kərim keçindi” | Şirzad meyxanaçının ölümündən danışdı - Baku TV

“Ağamirzə dedi ki, Kərim keçindi” | Şirzad meyxanaçının ölümündən danışdı - Baku TV

Cəmiyyət
19 декабря 2025 533 просмотров
Vəfat edən meyxanaçı Ağakərimin evindən bağlantı - BAKU TV CANLI

Vəfat edən meyxanaçı Ağakərimin evindən bağlantı - BAKU TV CANLI

Cəmiyyət
19 декабря 2025 533 просмотров
“Buna icazə verə bilmərik, çünki...” | Bölgələrdə iynə vurulması niyə problem olub? - Baku TV

“Buna icazə verə bilmərik, çünki...” | Bölgələrdə iynə vurulması niyə problem olub? - Baku TV

Cəmiyyət
19 декабря 2025 533 просмотров
NETTY 2025 Azərbaycanın Milli internet Mükafatının qalibləri elan edildi - Baku TV

NETTY 2025 Azərbaycanın Milli internet Mükafatının qalibləri elan edildi - Baku TV

Cəmiyyət
19 декабря 2025 533 просмотров
Paytaxtın mərkəzində boru partladı | “Qoyub gedirlər, aylardır baxan olmur!” - Baku TV

Paytaxtın mərkəzində boru partladı | “Qoyub gedirlər, aylardır baxan olmur!” - Baku TV

Cəmiyyət
19 декабря 2025 533 просмотров
Выбранные
icon