Выбрать плеер:
"Keyfiyyəti yoxdur deyə çökür" | Yolların asfalt örtüyü niyə tez-tez sıradan çıxır? - Baku TV
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində asfalt örtüyünün davamlı olaraq çökməsi sakinlərin narazılığına səbəb olub. Ərazidəki əsas problem təkcə asfaltın çökməsi deyil, onun altında yaranan boşluqlardır ki, bu da görülən işlərin keyfiyyətini sual altında qoyur.
Məsələ ilə bağlı sakinlər narazılıqlarını Baku TV ilə bölüşüblər.
"Yolu düzəldəndə altını boş saxlayırlar, ona görə də çökür. İşləri bir az keyfiyyətli görsələr, yaxşı olar", – vətəndaşlardan biri söyləyib.
Digər bir sakin isə yolların bərbad vəziyyətinin xüsusilə yeni tədris ilinin başlaması ərəfəsində daha çox çətinlik yaratdığını vurğulayıb:
"Məktəblər başlayır, yollar isə pis vəziyyətdədir. Asfalt çökür, çünki keyfiyyəti yoxdur".
Скопировано
