Выбрать плеер:

Köhnə Keşlə bazarının söküldüyü ərazi toza büründü | AAYDA-dan açıqlama - Baku TV

03 июня 2026 57 просмотров

2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metro stansiyası avtomobil yolunda son aylarda tikinti işlərinin demək olar ki, dayandığı müşahidə olunur.

2025-ci ildə icrasına başlanılan layihə çərçivəsində yolun keçəcəyi ərazidə yerləşən bir sıra obyektlər, o cümlədən Keşlə bazarı sökülüb. Lakin son bir neçə aydır ərazidə tikinti işlərinin aparılmadığı diqqət çəkir. Hazırda ərazidə nə texnika, nə də işçi qüvvəsi görünür.

Tikinti işlərini həyata keçirən şirkətlərdən birinin əməkdaşı bildirib ki, onlara həvalə olunan hissədə işlər 24 saat fasiləsiz davam etdirilir.

Onun sözlərinə görə, hazırda işlərin dayanmış kimi göründüyü hissədə tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılır.

Məsələ ilə bağlı AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Baku TV-yə açıqlamasında bildirib ki, layihə üzrə işlər mərhələli şəkildə həyata keçirilir:

“Hazırda işlər Rövşən Əliyev və Ələsgər Qayıbov küçələrindən Fətəli xan Xoyski küçəsi istiqamətində aparılır. Layihə üzrə digər ərazilərdə nəzərdə tutulan işlərin də əvvəlcədən tərtib və təsdiq olunmuş qrafikə uyğun davam etdirilməsi planlaşdırılır. İşlərin mərhələli icrası nəqliyyatın fasiləsizliyinin təmin olunmasına, eyni zamanda mövcud yol şəbəkəsində yarana biləcək narahatlıqların minimuma endirilməsinə xidmət edir”.

Qeyd edək ki, şəhər əhəmiyyətli magistral küçə kimi inşa olunan yolun ümumi uzunluğu 3896 metr təşkil edəcək. Yolun hərəkət hissəsi 6 zolaqdan ibarət olacaq və hər zolağın eni 3,5 metr nəzərdə tutulub. Layihə çərçivəsində 4 tunelin və 3 yeraltı piyada keçidinin tikintisi də planlaşdırılır.

Скопировано
Şəmkirdə İsti Briketlənmiş Dəmir zavodunun tikintisi nəzərdə tutulur

Şəmkirdə İsti Briketlənmiş Dəmir zavodunun tikintisi nəzərdə tutulur

Cəmiyyət
04 июня 2026 57 просмотров
"Azərbaycan qabaqlayıcı addımlarla dünyada tanındı" | Süni intellektlə bağlı risklər - Baku TV

"Azərbaycan qabaqlayıcı addımlarla dünyada tanındı" | Süni intellektlə bağlı risklər - Baku TV

Cəmiyyət
04 июня 2026 57 просмотров
"Bizi aldatdılar!" | Evlərinin yerində bina tikdilər, indi nə pul verirlər, nə də... - Baku TV

"Bizi aldatdılar!" | Evlərinin yerində bina tikdilər, indi nə pul verirlər, nə də... - Baku TV

Cəmiyyət
04 июня 2026 57 просмотров
Milli Kibertəhlükəsizlik Mərkəzinin sədri APT tipli kibertəhdidlərdən danışdı

Milli Kibertəhlükəsizlik Mərkəzinin sədri APT tipli kibertəhdidlərdən danışdı

Cəmiyyət
04 июня 2026 57 просмотров
Ürəkbulandıran mənzərə: çörək zavodunun şirniyyatı niyə bu haldadır? - "İçindən daş da..." - Baku TV

Ürəkbulandıran mənzərə: çörək zavodunun şirniyyatı niyə bu haldadır? - "İçindən daş da..." - Baku TV

Cəmiyyət
04 июня 2026 57 просмотров
Naxçıvanda 2800 illik sirli tapıntı | "Deşifr olundu, ortaya çıxdı ki..." - Baku TV

Naxçıvanda 2800 illik sirli tapıntı | "Deşifr olundu, ortaya çıxdı ki..." - Baku TV

Cəmiyyət
04 июня 2026 57 просмотров
Sumqayıtda öz əlləri ilə dron düzəldən şagirdin inanılmaz uğuru | Özü də 5 km mənzilli... - Baku TV

Sumqayıtda öz əlləri ilə dron düzəldən şagirdin inanılmaz uğuru | Özü də 5 km mənzilli... - Baku TV

Cəmiyyət
04 июня 2026 57 просмотров
Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur - Baku TV

Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur - Baku TV

Cəmiyyət
03 июня 2026 57 просмотров
"Bilirəm" deyən əslində bilmir" | Mənfəət dolu bu dünyada həqiqi xeyri necə tapaq? - AMİN

"Bilirəm" deyən əslində bilmir" | Mənfəət dolu bu dünyada həqiqi xeyri necə tapaq? - AMİN

Cəmiyyət
03 июня 2026 57 просмотров
"Tibbi Rəqəmsal Əkiz Sistemi" təqdim olundu - Baku TV

"Tibbi Rəqəmsal Əkiz Sistemi" təqdim olundu - Baku TV

Cəmiyyət
03 июня 2026 57 просмотров
Выбранные
icon