Выбрать плеер:
"Tibbi Rəqəmsal Əkiz Sistemi" təqdim olundu - Baku TV
Azərbaycanda səhiyyənin rəqəmsallaşdırılması istiqamətində daha bir yenilik tətbiq olunub.
Səhiyyə Nazirliyi vətəndaşların sağlamlıq məlumatlarının vahid platformada toplanmasını və idarə olunmasını təmin edən “Tibbi Rəqəmsal Əkiz Sistemi”ni təqdim edib.
Yeni sistem vasitəsilə vətəndaşların tibbi məlumatları vahid elektron bazada toplanacaq, müxtəlif tibb müəssisələri arasında məlumat mübadiləsi sürətlənəcək.
Belə ki, platforma təkrar analizlərin və təkrar həkim müraciətlərinin qarşısını almaqla həm vətəndaşların vaxtına, həm də xərclərinə qənaət etməyə imkan verəcək.
Eyni zamanda sistem real vaxt rejimində sağlamlıq göstəricilərinin izlənilməsinə və profilaktik tədbirlərlə bağlı xatırlatmaların göndərilməsinə şərait yaradacaq.
Скопировано
