Cəmiyyət
Выбрать плеер:
Komaya düşən şəxs barədə təcili məlumat | Baku TV işıqlandırdı, nazirlik hərəkətə keçdi
Burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurovanın komaya düşməsi ilə bağlı yoxlama başlanılıb.
Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib.
“Baş vermiş faktın araşdırılması ilə bağlı yoxlamanın başlanılması barədə göstəriş verilib. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən həyata keçirilən yoxlama başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək”, – deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumata görə, burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən Nəzrin Mansurova sonradan komaya düşüb. İddia olunur ki, onun beyninə çirk yayılıb. Baku TV-nin məsələni işıqlandırmasından sonra Səhiyyə Nazirliyi hərəkətə keçib.
Скопировано
Выбранные