Cəmiyyət
Выбрать плеер:
Alimlərdən dişlərlə bağlı yeni texnologiya | Nəticələr inanılmazdır
Yapon alimləri unikal innovativ dərman sayəsində yeni dişlər yetişdirməyi öyrəniblər.
Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, o, protez və implantlara alternativ ola bilər.
Araşdırma qrupunun rəhbəri Katsu Takahashi bunun dünya üçün tamamilə yeni texnologiya olduğunu vurğulayıb.
Qeyd olunur ki, siçanlar üzərində sınaqların birinci mərhələsi 11 ay davam edib və arzuolunan nəticə əldə olunub – gəmiricilər yeni dişlər çıxarıblar. Sınaqların bütün mərhələləri uğurla yekunlaşandan sonra təcrübələrin insanlar üzərində aparılması gözlənilir.
Скопировано
Выбранные