Cəmiyyət
Выбрать плеер:

Bunlara diqqət edin! - Azərbaycanda yeni virusla bağlı hansı tədbirlər görüldü?

06 января 2025 52 просмотров

Səhiyyə Nazirliyi yeni yayılan respirator virusla bağlı açıqlama verib.

Nazirlikdən bildirilib ki, metapnevmovirus mövsümi xarakter daşıyan qripə bənzər respirator xəstəlikdir və bütün dünyada geniş yayılıb.

Xəstəlik öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla müşahidə olunur.

Bu infeksiyaya əsasən kiçikyaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxurlar. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və 7-10 gün ərzində yoxa çıxır.

Yanaşı xəstəlikləri olmayan şəxslərdə respirator infeksiyalar əsasən fəsadsız keçir. Lakin immun sistemi zəif olan insanlarda bronxit və ya pnevmoniya formasında ağırlaşmalar yarana bilər.

Nazirlikdən ölkə ərazisində sözügedən virusa qarşı görülən tədbirlər barədə də məlumat verilib.

Bildirilib ki, epidemioloji vəziyyətə nəzarət, epidemik dövrdə qripin hansı ştamlarının dövr etməsini müəyyən etmək üçün Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyasında xəstələrin burun-udlaq nahiyəsindən götürülən yaxmaların molekulyar üsulla müayinəsi aparılır.

Yoluxma hallarının qarşısının alınması məqsədilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tibbi maskalardan istifadə, əl gigiyenasına riayət, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsi tövsiyə olunur. Bununla yanaşı, risk qrupuna daxil olan şəxslərin qrip əleyhinə vaksinasiyadan keçməsi arzuolunandır. 

Xaçmazdakı Müqəddəs Möcüzəvi Nikolay Kilsəsində Milad bayramı qeyd olundu | Sakinlər danışdı

Xaçmazdakı Müqəddəs Möcüzəvi Nikolay Kilsəsində Milad bayramı qeyd olundu | Sakinlər danışdı

Cəmiyyət
07 января 2025 52 просмотров
Passiv həyat tərzinin fəsadları | Fiziki aktivlik bu xəstəliklərin qarşısını alır

Passiv həyat tərzinin fəsadları | Fiziki aktivlik bu xəstəliklərin qarşısını alır

Cəmiyyət
07 января 2025 52 просмотров
Çayxorlara bəd xəbər | Bu çayları içmək tövsiyə olunmur

Çayxorlara bəd xəbər | Bu çayları içmək tövsiyə olunmur

Cəmiyyət
07 января 2025 52 просмотров
Yorğunluğu hiss etdiyiniz zaman... | 10 saniyəlik məşqin faydası

Yorğunluğu hiss etdiyiniz zaman... | 10 saniyəlik məşqin faydası

Cəmiyyət
07 января 2025 52 просмотров
Gəncədə Milad bayramı ilə bağlı dini ayinlər icra edildi

Gəncədə Milad bayramı ilə bağlı dini ayinlər icra edildi

Cəmiyyət
07 января 2025 52 просмотров
Yaddaş sistemi necə işləyir? | Amerikalı alimlərdən maraqlı məlumatlar

Yaddaş sistemi necə işləyir? | Amerikalı alimlərdən maraqlı məlumatlar

Cəmiyyət
07 января 2025 52 просмотров
"Ukrayna dairəsi"ndəki təmir işləri yekunlaşdı | Sürücülər yeniliklərdən razıdır?

"Ukrayna dairəsi"ndəki təmir işləri yekunlaşdı | Sürücülər yeniliklərdən razıdır?

Cəmiyyət
07 января 2025 52 просмотров
Fuad Zeynalov hadisənin təfərrüatını açıqladı | İdmançılar həbs edildi

Fuad Zeynalov hadisənin təfərrüatını açıqladı | İdmançılar həbs edildi

Cəmiyyət
07 января 2025 52 просмотров
Sürücülərin işi çətinləşdi | Sumqayıtda cərimələnməyə səbəb olan işıqfor problemi - NECƏ OLMALIDIR?

Sürücülərin işi çətinləşdi | Sumqayıtda cərimələnməyə səbəb olan işıqfor problemi - NECƏ OLMALIDIR?

Cəmiyyət
07 января 2025 52 просмотров
Yoluxucu xəstəliklər şöbələrində kifayət qədər yer var?

Yoluxucu xəstəliklər şöbələrində kifayət qədər yer var?

Cəmiyyət
07 января 2025 52 просмотров
Выбранные
icon