Taxta qaşıqların orqanizmə təsiri | Mütəxəssislər həyəcan təbili çalır
Mətbəxdə tez-tez istifadə etdiyimiz taxta qaşıqların zərərli olduğu ortaya çıxıb.
Mütəxəssislərin sözlərinə görə, bəzi ağac növləri böyüdükləri torpaqdan asılı olaraq arsen və qurğuşun kimi ağır metalları torpaqdan udmaq qabiliyyətinə malikdir. Bu metallar uzun müddət bədənə daxil olduqda zəhərli təsirlərə səbəb olur. Məsələn, qoz ağaclarından hazırlanan qaşıqlar həssas dərili insanlarda qaşınma və ciddi allergik infeksiyalara gətirib çıxara bilər.
Bundan başqa, taxta qaşıqların məsaməli və nəm uducu quruluşu qida qalıqlarını və rütubəti cəlb edə bilər ki, bu da bakteriyaların böyüməsinə zəmin yaradır. Onlar çiy qidalarla birlikdə istifadə edilməməli və normal istifadədən sonra tamamilə qurudulmalıdır.
Bir sözlə, taxta qaşıqdan istifadə edərkən onun hazırlandığı ağac növünə diqqət yetirmək lazımdır.