Cəmiyyət
Выбрать плеер:
Dünyada yayılan ölümcül təhlükə | Həkimdən xəbərdarlıq
Orqanizmin antibiotiklərə müqavimət göstərməsi 2050-ci ilə qədər təxminən 40 milyon insanın ölümünə səbəb ola bilər.
Bu barədə İngiltərənin keçmiş baş həkimi Salli Devis məlumat yayıb.
Ekspertin sözlərinə görə, antibiotiklərə davamlı asılılıq vəziyyəti daha kritik hal alıb. O əlavə edib ki, hər il 1 milyona yaxın insan antibiotiklərə qarşı müqavimət səbəbindən ölür. Bu rəqəmlər növbəti 25 il ərzində artacaq və problemi daha aktual edəcək.
Həkim qeyd edib ki, son 35 ildə 70 yaşdan yuxarı insanlar arasında ölüm halları 80 % artıb. Çünki əhalinin qocalma problemi xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda yeni növ bakteriyalara qarşı həssaslıq yaradıb.
Скопировано
Выбранные