Cəmiyyət
Выбрать плеер:
"Ukrayna dairəsi"ndəki təmir işləri yekunlaşdı | Sürücülər yeniliklərdən razıdır?
“Ukrayna dairəsi”ndə tikinti işləri tam başa çatıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, yolda nəqliyyat adacıqları inşa edilib. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün panduslar təşkil olunub. Hazırda turbo tipli dairənin təşkili layihəsi çərçivəsində yol nişanları quraşdırılır, nişanlanma xətləri çəkilir və parklanma yerləri yaradılır.
Bəs maraqlıdır, görəsən, hərəkətin yenidən təşkili sürücüləri qane edir?
“Dünyanın hər yerində yolu böyüdürlər, bizimkilər isə kiçildir. Bu necə işdir, bilmirəm. Daşı bura niyə düzüblər? Yolu çox daraldıblar, əvvəllər 3-4 maşın buradan keçə bilirdi”, – deyə sakin narazılığını bildirib.
Скопировано
Выбранные