Cəmiyyət
Выбрать плеер:
Passiv həyat tərzinin fəsadları | Fiziki aktivlik bu xəstəliklərin qarşısını alır
Fiziki aktivlik səviyyəsi ilə xroniki xəstəliklər arasında güclü əlaqənin olduğu müəyyən edilib.
Ayova Universiteti tərəfindən aparılan araşdırma zamanı 7 000-dən çox pasiyentin fiziki fəaliyyət səviyyəsi təhlil edilib.
Nəticələr göstərib ki, həftəlik ən azı 150 dəqiqə orta və ya güclü intensivlikdə idmanla məşğul olanlar ürək-damar, eləcə də tənəffüs xəstəlikləri, həmçinin xərçəng və diabet daxil olmaqla 19 xroniki xəstəliyin yaranma riskini əhəmiyyətli dərəcədə azaldırlar. Daha az aktiv olanlar isə bu xəstəliklərin inkişafı üçün şərait yaradırlar.
Tədqiqat ABŞ səhiyyə sistemində xəstələrin fiziki fəaliyyət səviyyələrinin ölçülməsi və müvafiq sağlamlıq xidmətlərinə yönləndirilməsi üçün yeni metodların tətbiqinə müsbət töhfə verəcək.
Скопировано
Выбранные