Cəmiyyət
Выбрать плеер:
Laçının tarixi məhəllələri haqqında maraqlı faktlar | Bu dağ bizim simvolumuzdur
Digər rayonlarımızda olduğu kimi, Laçında da müxtəlif adlı məhəllələr mövcuddur.
Laçın sakini Qəzənfər Hüseynov Baku TV-yə həmin tarixi məhəllələrin adları ilə bağlı maraqlı faktlardan danışıb.
Onun sözlərinə görə, hər məhəllənin adı yerinə uyğun olaraq adlandırılıb.
“Məsələn bizim simvolumuz olan dağ var – Hoçaz. Həmin dağın ətəyində yaşayan əhalinin çoxluğuna görə buraya Hoçaz adı verilib. Abdallar məhəlləsinin isə minlərlə il yaşı var. Orada mağaralar, kahalar, yaşayış məskənləri olub. Abdallar əvvəllər kənd idi, daha sonra məhəllə kimi tanınıb”, – deyə Q.Hüseynov söyləyib.
Скопировано
Выбранные