Выбрать плеер:

Masazırda təhlükə saçan bitişik evlər | İcra Hakimiyyəti buna icazə verib? - Baku TV

27 января 2026 98 просмотров

Masazır qəsəbəsində fərdi yaşayış evlərinin bir-birinə həddindən artıq yaxın məsafədə tikilməsi ciddi təhlükə riski yaradır.

Qonşu evlərin divarları demək olar ki, bitişik vəziyyətdə inşa olunub. Bu isə xüsusilə yanğın və fövqəladə hallar zamanı ağır nəticələrə səbəb ola bilər.

Tikinti normalarına görə, yaşayış evləri arasında məsafə 2012-ci ildə təsdiqlənmiş Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Qaydalara əsasən, vətəndaş torpaq sahəsinin yalnız 40 faizini tikinti üçün istifadə edə bilər.

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, bir torpaq sahəsinin ümumi ölçüsü 100 kvadratmetrdirsə, onun yalnız 40 kvadratmetrində tikinti aparılmalıdır. Digər hissə isə təhlükəsizlik və normativ məsafələrin təmin olunması üçün saxlanılmalıdır:

“Hazırda xüsusilə Bakı ətrafı ərazilərdə sıx şəkildə tikilmiş fərdi yaşayış evləri var ki, həmin evlər normativlərə əməl edilmədən inşa edildiyi üçün vətəndaşlar gələcəkdə ciddi problemlərlə üzləşə bilərlər”.

Təhlükəsizlik eksperti Elmar Nurəliyev isə bildirir ki, hər bir tikili ilə digər tikili arasında müəyyən ara məsafəsi saxlanılmalıdır. Binanın hündürlüyündən asılı olaraq bu məsafə dəyişir:

“Məsələn, hündürlüyü 5 metr olan tikili üçün hər tərəfdən minimum 1,5 metr ara məsafəsi nəzərdə tutulur. Bu tələblər yanğın və fövqəladə hallar zamanı risklərin azalmasına xidmət edir”.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Xırdalan şəhərinin mərkəzi hissəsində və Masazır kəndi ətrafında mövcud olan fərdi yaşayış evlərinin əksəriyyəti uzun illər əvvəl inşa olunub:

“Masazır kəndində aparılan monitorinqlər zamanı qeyri-qanuni tikinti işlərinin həyata keçirildiyi müşahidə edilib. Bununla əlaqədar qanunvericiliyə uyğun olaraq aşkar olunmuş faktlar 1 gün müddətində aktlaşdırılıb və aidiyyəti qurumlar məlumatlandırılıb. Ən son Xırdalan və Masazırda qeyri-qanuni tikinti işləri aparılması ilə bağlı aşkarlanan 7 fakt üzrə rayon hüquq-mühafizə orqanlarına müraciət olunub”.

Скопировано
"İdrak" liseyində müəllimini güllələyən şagirdlə bağlı yeni detallar üzə çıxdı - Baku TV

"İdrak" liseyində müəllimini güllələyən şagirdlə bağlı yeni detallar üzə çıxdı - Baku TV

Cəmiyyət
08 февраля 2026 98 просмотров
Bakı-Sumqayıt yolunda nə baş verir? | Sürücülər özlərindən çıxdı - Baku TV

Bakı-Sumqayıt yolunda nə baş verir? | Sürücülər özlərindən çıxdı - Baku TV

Cəmiyyət
08 февраля 2026 98 просмотров
"İdrak" liseyində müəllimini güllələyən şagirdlə bağlı yeni detallar üzə çıxdı - Baku TV CANLI

"İdrak" liseyində müəllimini güllələyən şagirdlə bağlı yeni detallar üzə çıxdı - Baku TV CANLI

Cəmiyyət
08 февраля 2026 98 просмотров
İnsan sağlamlığının dərmanı olan bitkilər | Naxçıvan dağlarının əvəzsiz nemətləri - Baku TV

İnsan sağlamlığının dərmanı olan bitkilər | Naxçıvan dağlarının əvəzsiz nemətləri - Baku TV

Cəmiyyət
08 февраля 2026 98 просмотров
Sərgidə su çatışmazlığı ilə bağlı olan problemlər əks olunub - Baku TV

Sərgidə su çatışmazlığı ilə bağlı olan problemlər əks olunub - Baku TV

Cəmiyyət
08 февраля 2026 98 просмотров
Hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi - Baku TV

Hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi - Baku TV

Cəmiyyət
08 февраля 2026 98 просмотров
Kahramanmaraş sakini: "Onlar da bizimlə bərabər günlərlə, həftələrlə ac qaldılar" - Baku TV

Kahramanmaraş sakini: "Onlar da bizimlə bərabər günlərlə, həftələrlə ac qaldılar" - Baku TV

Cəmiyyət
07 февраля 2026 98 просмотров
"Ailəm üçün 2 "smen" işləyirdim, "KamAZ"a girdim" - Əlil kişini arvadı niyə atdı? - ARZUNUN VAXTI

"Ailəm üçün 2 "smen" işləyirdim, "KamAZ"a girdim" - Əlil kişini arvadı niyə atdı? - ARZUNUN VAXTI

Cəmiyyət
07 февраля 2026 98 просмотров
"Danışmaq mənə çətindir" | Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür - Baku TV

"Danışmaq mənə çətindir" | Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür - Baku TV

Cəmiyyət
07 февраля 2026 98 просмотров
"Məni elə görəndə qorxub ağladı" - Hikmət Rəhimov "8" serialının kadrarxasında olanları danışdı

"Məni elə görəndə qorxub ağladı" - Hikmət Rəhimov "8" serialının kadrarxasında olanları danışdı

Cəmiyyət
07 февраля 2026 98 просмотров
Выбранные
icon