Выбрать плеер:
Məhsulların 60 faizi ixraca yönəldiləcək - Baku TV
Xocalı rayonunun Ballıca kəndində açılışı olan “Accurate Az” MMC-nin ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsində 80 nəfər üçün daimi iş yeri yaradılıb. Növbəti mərhələlərdə isə 450 daimi iş yerinin yaradılması planlaşdırılır.
Bu barədə “Accurate Az” MMC-nin direktor müavini Zaur Əliyev jurnalistlərə müsahibəsində bildirib.
Z.Əliyev qeyd edib ki, müəssisə Türkiyə, İsveçrə, Almaniya, İtaliya, Çin və Yaponiyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub:
“Burada ildə 20 çeşiddə 240 min ədəd ofis mebeli və 4 milyon ədəd mebel aksesuarı istehsal ediləcək. Məhsulların 60 faizi ixraca, 40 faizi daxili bazara yönəldiləcək”.
Скопировано
