Выбрать плеер:

Məhsulu geri qaytarmaq istədi, amma… | Mağazadan müştəriyə qarşı gözlənilməz addım - Baku TV

01 февраля 2026 633 просмотров

Sosial şəbəkələrdə fəaliyyət göstərən “Smart Saat” adlı onlayn mağazadan planşet alan vətəndaş aldığı məhsulun sifariş etdiyindən fərqli olduğunu bildirir.

Şikayətçinin sözlərinə görə, o, 29 noyabr tarixində mağazanın “Instagram” səhifəsində planşet gördükdən sonra satıcı ilə əlaqə saxlayıb və bir terabaytlıq məhsulun olub-olmaması ilə maraqlanıb. Satıcıdan müsbət cavab aldıqdan sonra həmin gün sifariş rəsmiləşdirilib.

Lakin vətəndaş bildirir ki, planşeti istifadə edərkən məhsulun texniki göstəricilərinin uyğun olmadığını aşkar edib:

“Qeydiyyat zamanı hiss etdim ki, problem var. Sonra baxdım ki, məhsul 512 GB-dır. Mən isə bir terabaytlıq istəmişdim”.

Şikayətçi qeyd edir ki, məhsuldan narazı qaldığını mağazaya dəfələrlə bildirib və planşeti geri qaytarmaq istəyib. Onun sözlərinə görə, mağaza əməkdaşları bunu qəbul etməyib:

“Heç olmasa, qiymətini aşağı salın” dedim. Dedilər ki, açılmış məhsul geri qaytarılmır”.

Vətəndaş iddia edir ki, planşeti mağazaya apararaq qaytarmaq istədikdə isə daha sərt münasibətlə üzləşib:

“Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq. Ona görə də mağazaya daxil olduğum andan çıxana qədər hər şeyi videoya çəkdim”.

Onun iddiasına görə, daha sonra məhsul mağazanın qarşısında ağacın dibinə qoyulub və bu barədə ona foto göndərilib:

“Planşeti ağacın dibinə qoyub şəklini çəkib göndəriblər ki, gəlin, məhsulunuzu götürün”.

“Smart Saat” onlayn mağazasının əməkdaşı isə əvvəlcə məhsulun çölə qoyulması ilə bağlı iddiaları təkzib edib. Lakin bir qədər sonra verdiyi açıqlamada planşetin mağazadan çıxarılaraq çölə qoyulduğunu etiraf edib.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, onlayn ticarətdə bu cür hallara tez-tez rast gəlinir:

“Onlayn platformalarda cəlbedici reklamlar edilir, lakin məhsullar reklamlara uyğun olmur. İstehlakçı pulu ödəyir, lakin mal gələndə onu qaytarmaq və ya dəyişmək problemə çevrilir”.

Ekspert vurğulayıb ki, qanunvericiliyə əsasən, istehlakçı onlayn ticarətdə də hüquqlara malikdir:

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna görə, istehlakçı tələbatını ödəməyən məhsulu 14 gün müddətində dəyişmək və ya geri qaytarmaq hüququna malikdir”.

Скопировано
Banner
Bakıda Zeytun Festivalının ikinci günü davam edir - Baku TV

Bakıda Zeytun Festivalının ikinci günü davam edir - Baku TV

Cəmiyyət
24 октября 2026 633 просмотров
Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı

Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı

Cəmiyyət
24 октября 2026 633 просмотров
“70 qəpik ödəyirik, belə olmaz ki!” | Sakinlər əsəbiləşdi | “Neçənci əsrdən qalıb bu?!” - Baku TV

“70 qəpik ödəyirik, belə olmaz ki!” | Sakinlər əsəbiləşdi | “Neçənci əsrdən qalıb bu?!” - Baku TV

Cəmiyyət
24 октября 2026 633 просмотров
DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI

DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI

Cəmiyyət
24 октября 2026 633 просмотров
Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV

Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV

Cəmiyyət
24 октября 2026 633 просмотров
Bu ərazilərdə yaşayanların kommunal xərci daha az olacaq? - Baku TV

Bu ərazilərdə yaşayanların kommunal xərci daha az olacaq? - Baku TV

Cəmiyyət
24 октября 2026 633 просмотров
Əhalinin nəzərinə | Hansı əraziləri leysan və dolu gözləyir? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hansı əraziləri leysan və dolu gözləyir? - Baku TV CANLI

Cəmiyyət
24 октября 2026 633 просмотров
Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı

Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı

Cəmiyyət
24 октября 2026 633 просмотров
"Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."

"Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."

Cəmiyyət
24 октября 2026 633 просмотров
“Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV

“Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV

Cəmiyyət
24 октября 2026 633 просмотров
Выбранные
icon