Məktəblərdə “Enerji səmərəliliyi aylığı” kampaniyası başa çatıb - Baku TV
Elm və Təhsil Nazirliyi və SOCAR-ın dəstəyi ilə Energetika Nazirliyinin “Söndür və Qazan!” kampaniyası çərçivəsində 5 ümumtəhsil məktəbində həyata keçirilən “Enerji səmərəliliyi aylığı” adlı maarifləndirmə kampaniyası başa çatıb.
Energetika Nazirliyindən kampaniya çərçivəsində məktəblərdə təşkil olunan maarifləndirmə tədbirlərində ümumilikdə 400-ə yaxın şagird iştirak edib, 100-dən çox şagird enerji səmərəliliyi mövzusunda yaradıcılıq nümunələri hazırlayıb.
Bununla yanaşı, hər məktəbdə 5 nəfərdən ibarət “enerji səmərəliliyi könüllüləri” qrupu formalaşdırılıb. Könüllülər digər siniflərdə məlumatlandırıcı təqdimatlarla çıxış edərək şagirdlərin prosesə fəal cəlb olunmasına dəstək göstəriblər.
Həmçinin tədbir çərçivəsində intellektual oyun keçirilib, seçilmiş ən yaxşı yaradıcılıq nümunələrinin sərgisi təşkil edilib.
Sonda oyunun qaliblərinə və yaradıcılıq nümunələrinin müəlliflərinə mükafatlar və sertifikatlar təqdim olunub.
