Tarixi missiyanı həyata keçirmiş gəncəlilər | “O, tək-tük siyasi xadimlərdəndir ki...” - Baku TV
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında mühüm rol oynamış ictimai-siyasi xadimlərin bir çoxu əslən Gəncədən olub.
Həm say, həm də fəaliyyət baxımından Gəncə ziyalıları Cümhuriyyətin formalaşmasında xüsusi yer tutublar. Bu tarixi şəxsiyyətlərin irsi isə bu gün də şəhərdə qorunub saxlanılır.
Tarixçi Bəxtiyar Məmmədov bildirib ki, Xəlil bəy Xasməmmədov, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Mollazadələr, Müştəhidzadələr, Rəfibəylilər və Şeyxzamanovlar kimi tanınmış nəsillər Azərbaycan Cümhuriyyətinin qurulmasında mühüm rol oynayıblar.
O qeyd edib ki, Nəsib bəy Yusifbəyli 1902-ci ildən ictimai fəaliyyətə başlayıb, 1917-ci ildə Türk Ədəmi-Mərkəziyyət Partiyasının yaradıcılarından biri olub. O, Zaqafqaziya Demokratik Federativ Respublikasında maarif naziri vəzifəsində çalışıb, Azərbaycan Milli Şurasının yaradılmasında iştirak edib. Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətində maarif naziri, sonrakı hökumətlərdə isə maarif və din naziri olub. O həmçinin Cümhuriyyətin təhsil, mətbuat, məhkəmə və ordu quruculuğunda mühüm xidmətlər göstərib.
Tarixçinin sözlərinə görə, Mehdi bəy Cüvarlinski də milli azadlıq hərəkatının fəal simalarından biri olub. Cüvarlinskilər nəsli Difai Partiyasının yaradıcıları sırasında yer alıb. Partiyanın fəaliyyətinə qadağa qoyulduqdan sonra isə Mehdi bəy Cüvarlinski və İsmayıl xan Ziyadxanov 1907-ci ildə “Müdafiə” təşkilatını yaradıblar.
Bəxtiyar Məmmədov onu da vurğulanıb ki, Gəncədə yerləşən qədim Səbiskar qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra görkəmli xadimlərinin məzarları yerləşir. Burada Cüvarlinskilərin, Xasməmmədovların, Xoyskilərin, Rəfibəylilərin və Şeyxzamanovların türbələri qorunur.
Тег #Azərbaycan Xalq Cümhuriyyəti используется
- Müstəqillik tariximiz 108 il ərzində qazanılan qələbələrlə yeni yüksək mərhələyə ucaldı - Baku TV
- Azərbaycan və türk əsgərlərinin şanlı zəfəri: Bakının qurtuluşundan 107 il ötür
- Cümhuriyyətin 107 yaşlı ilk rəsmi qəzeti | “Azərbaycan” haqqında tarixi faktlar
- NKVD Yusif Vəzir Çəmənzəminlinin otağında nə tapdı? - Ona və ailəsinə edilən zülmlər | ARAŞDIRMA
- Xaricdə oturub müstəqilliyə təhqirlə kölgə salanlar: Sərhədsiz əxlaqsızlıq
