Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV
Узнавайте о новостях первыми
Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan “Düşmənə qarşı tək” filminin təqdimatı keçirilib.
Gəncə Dövlət Filarmoniyasında baş tutan tədbirdə rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, qəhrəmanın doğmaları və filmin yaradıcı heyətinin üzvləri iştirak ediblər.
Filmin layihə rəhbəri Dilarə Əliyeva bildirib ki, qəhrəmanların xatirəsini yaşatmaq hər birimizin mənəvi borcudur.
“Biz qəhrəmanlarımızı heç vaxt unutmamalıyıq. Bu filmin ərsəyə gəlməsində bilavasitə yardımı dəyən Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevaya təşəkkürümüzü bildiririk. Filmin ideya müəllifi, süni intellekt mütəxəssisi, ssenaristi Sarvan Hüseyn 4 ay bu ekran işinin üzərində işləyib. Digər süni intellekt mütəxəssisimiz Nəzrin Mərdanlıdır. Filmin redaktoru Fariz Əliyevdir. Mən isə “SOY Production”un rəhbəri olaraq bu layihənin ərsəyə gəlməsində öz yardımımı göstərmişəm və bu gün Gəncə camaatına sözügedən filmi təqdim etdik”, – deyə o qeyd edib.
Тег #Natiq Qasımov используется
- "Danışmağa halımız yoxdur, çox təsirlidir" | "Düşmənə qarşı tək" filmi təqdim edildi - Baku TV
- Milli Qəhrəman Natiq Qasımovun anası dünyasını dəyişdi | “Ən böyük arzusu o idi ki, Natiq...”
- Hikmət Hacıyevdən BQXK-ya tənqid | Ermənistan Natiq Qasımovla bağlı...
- İlham Əliyev Milli Qəhrəmanın anası ilə bağlı sərəncam imzaladı
- İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım etdi
