Cəmiyyət
Выбрать плеер:

Mircəfər Bağırov Cəfər Cabbarlını niyə həbs etdi? - Yazıçının gizli fəaliyyəti | ARAŞDIRMA

24 апреля 2024

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlıya həsr olunmuş araşdırma efirə gedib.

Qeyd olunub ki, Cümhuriyyətimizin qurucularından biri Məhəmməd Əmin Rəsulzadə Cəfər Cabbarlı haqqında danışarkən mistik bir məqama – onun doğum gününün də, ölüm gününün də Yeni ilə təsadüf etdiyinə diqqət çəkirdi: 20 mart 1899-cu il və 31 dekabr 1934-cü il.

Həmçinin vurğulanıb ki, Cəfər Cabbarlının teatr sənəti ilə tanışlığı daha erkən yaşlarında başlayıb. O, 1915-ci ildə 3 saylı ali ibtidai məktəbdə təhsil aldığı vaxtlarda ilk səhnə əsərini – "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş” pyesini qələmə alır. Başqa bir pyesini – "Solğun çiçəklər”i də elə həmin il yazır.

Dramaturqun qələmə aldığı “Ədirnə fəthi” əsərində onun türkçülük ideallarına heyranlığı özünü bariz şəkildə göstərir. Bakının daşnaklardan azad olunması münasibətilə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın şərəfinə bugünkü Filarmoniyada böyük bayram təntənəsi keçirilir. Həmin gün “Ədirnə fəthi”ndən kiçik bir hissə oynanılır. Tamaşanı seyr edən Nuru Paşa bu əsərin müəllifi olan Cəfər Cabbarlı ilə görüşmək qərarına gəlir.

Milli hökumətin yarandığı illərdə parlamentdə stenoqraf işləyən C.Cabbarlı dramaturgiya, eləcə də lirik yaradıcılığını davam etdirir.

Cəfər 1920-ci il aprelin 27-də hakimiyyətin süqutu haqqında qərar qəbul edilən axşam, milli hərəkatın bir çox cavan fəalları ilə Məhəmməd Əmin Rəsulzadənin evinə yığışır və beləliklə, "Gənc müsavatçılar" hərəkatı yaranır.

Bu gizli təşkilatın sədri Mirzəbala Məmmədzadə, baş katibi isə Cəfər Cabbarlı olur. 1923-cü ildə bir çox gənc ictimai-siyasi xadim kimi Cəfər Cabbarlı da həbs edilir.

Sonralar Türkiyədə mühacir həyatı yaşayan Mirzəbala Məmmədzadə o dövrü belə xatırlayır: “1919-1920-ci illərdə “Müsavat” firqəsinin Bakı komitəsinin əzası olan Cəfər Cabbarlı 1923-cü ilin yayında Bağırovun Çekasında dizə qədər su dolu qaranlıq zirzəmidə saxlanılırdı”.

Скопировано
Xırdalanda 17 saylı bağçada "fond pulu" yığıldığı iddia olunur

Xırdalanda 17 saylı bağçada "fond pulu" yığıldığı iddia olunur

Cəmiyyət
04 мая 2024
Hüquq jurnallarının vahid elektron axtarış bazası yaradılacaq

Hüquq jurnallarının vahid elektron axtarış bazası yaradılacaq

Cəmiyyət
03 мая 2024
Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı | Boşanmaların əsas səbəbi nədir?

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı | Boşanmaların əsas səbəbi nədir?

Cəmiyyət
03 мая 2024
Xocasən sakinləri kanalizasiya qoxusundan boğaza yığılıb | Qurum nə deyir?

Xocasən sakinləri kanalizasiya qoxusundan boğaza yığılıb | Qurum nə deyir?

Cəmiyyət
03 мая 2024
İşğaldan azad olunmuş Laçında quruculuq işləri sürətlə dava edir

İşğaldan azad olunmuş Laçında quruculuq işləri sürətlə dava edir

Cəmiyyət
03 мая 2024
Səfəvilərdən bu günə kimi çayxanaların bilinməyən tarixi - ARAŞDIRMA

Səfəvilərdən bu günə kimi çayxanaların bilinməyən tarixi - ARAŞDIRMA

Cəmiyyət
03 мая 2024
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə | Anatolian Phoenix – 2024

Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə | Anatolian Phoenix – 2024

Cəmiyyət
03 мая 2024
Özbaşına qəbul edilən dərmanlarla bağlı həkimdən vacib xəbərdalıq

Özbaşına qəbul edilən dərmanlarla bağlı həkimdən vacib xəbərdalıq

Cəmiyyət
03 мая 2024
Çiyələyin qiyməti günü-gündən aşağı düşür | Fermerlər narazıdır

Çiyələyin qiyməti günü-gündən aşağı düşür | Fermerlər narazıdır

Cəmiyyət
03 мая 2024
Asfalt yolda maşın sürməyə yer tapmırsan | Sürücüləri bəlaya salan yol

Asfalt yolda maşın sürməyə yer tapmırsan | Sürücüləri bəlaya salan yol

Cəmiyyət
03 мая 2024
Выбранные
icon