Siyasət
Выбрать плеер:
MSK sədrinin müavini bələdiyyə seçkiləri barədə yeni məlumatları açıqladı
“Bələdiyyə seçkiləri ilə əlaqədar bu günə qədər 1053 nəfər imza vərəqələrini təqdim edib”.
Bunu MSK sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ümumilikdə 6872 nəfərin namizədliyi irəli sürülüb. 350-yə yaxın namizəd qeydə alınıb. Müraciət edənlərin yarıdan çoxu 21-35 yaşlı şəxslərdir.
Qeyd edək ki, 2025-ci il yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
Скопировано
Выбранные