Siyasət
Выбрать плеер:

Makron hakimiyyətə gələnə qədər... | Prezident Fransa ilə münasibətlərə diqqət çəkdi

19 декабря 2024

“Azərbaycanın Fransa ilə heç vaxt problemi olmayıb”.

Bu barədə Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdi:

“Bu, Fransada Makronun hakimiyyətə gəlişinə qədər idi. Mənim atam 1993-cü ildə Prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya edib. Çünki onlar birinci olaraq onu dəvət edirdilər. Mən Prezident olduqda, 2003-cü ildə ilk ölkə olaraq Fransadan dəvət aldım və birinci səfərim bu ölkəyə oldu. Sonra biz fəal əməkdaşlıq edirdik, burada çoxlu fransız şirkəti işləyirdi. Bizdə Fransanın 13 şəhəri ilə qardaşlaşmış şəhərlər var”.

Prezident vurğulayıb ki, əndazəsiz iddialar və Makron hökumətinin əsassız olaraq özünü böyük sayması bütün bunları uçuruma yuvarlatdı.

İlham Əliyev xatırladıb ki, İkinci Qarabağ müharibəsi başlayanda onlar açıq şəkildə işğalçıların tərəfini tutdular.

“Bu, ilk belə siqnal idi ki, münasibətlərimizdə heç də hər şey qaydasında deyil. Lakin onların tərəfindən verilən siqnal idi. Sonra onlar bu nəticələri hər halda qəbul etməyə məcbur oldular, amma bununla yanaşı, əllərindən gələni etdilər ki, prosesə zərər versinlər”.

İlham Əliyev bildirib ki, bu yaxınlarda Baş nazir vəzifəsindən qovulmuş Barnye hələ 2020-ci ildə fransız siyasətçisi qismində Qarabağa qanunsuz şəkildə səfər etmişdi.

“Yəni, bütün bu müdaxilə cəhdləri ona gətirib çıxardı ki, münasibətlərimiz, sadəcə, böhran həddinə çatdı, sonradan daha da pisləşdi. 2023-cü ilin sentyabrından sonra onlar beş dəfə bu məsələni Təhlükəsizlik Şurasına daşımağa cəhd etdilər və beş dəfə də uğursuzluğa düçar oldular. Bizi dəstəkləyən ölkələrin sayı onlara həmin məsələni hətta iclasın gündəliyinə salmağa da imkan vermədi”, – dövlət başçısı əlavə edib.

Скопировано
Azərbaycan bu təşkilata üzv oldu | Ərdoğandan Misirdə diqqətçəkən çıxış

Azərbaycan bu təşkilata üzv oldu | Ərdoğandan Misirdə diqqətçəkən çıxış

Siyasət
19 декабря 2024
Azərbaycan xalqının mədəni və dini irsi məhv edilmişdir | Əli Əsədovdan açıqlama

Azərbaycan xalqının mədəni və dini irsi məhv edilmişdir | Əli Əsədovdan açıqlama

Siyasət
19 декабря 2024
Colani cihadçıdan mühafizəkar demokrata çevrilir | 13 il əvvəl Əsədə kim mane oldu?

Colani cihadçıdan mühafizəkar demokrata çevrilir | 13 il əvvəl Əsədə kim mane oldu?

Siyasət
19 декабря 2024
Tarixi qərar verildi | Baş nazir Azərbaycanın nüfuzunun artmasından danışdı

Tarixi qərar verildi | Baş nazir Azərbaycanın nüfuzunun artmasından danışdı

Siyasət
19 декабря 2024
Ayxan Hacızadədən ABŞ-yə sərt cavab | Tənqid edən tərəf elə olmalıdır ki...

Ayxan Hacızadədən ABŞ-yə sərt cavab | Tənqid edən tərəf elə olmalıdır ki...

Siyasət
19 декабря 2024
MSK sədrinin müavini bələdiyyə seçkiləri barədə yeni məlumatları açıqladı

MSK sədrinin müavini bələdiyyə seçkiləri barədə yeni məlumatları açıqladı

Siyasət
19 декабря 2024
Prezidentdən vacib açıqlamalar | Ərdoğan suriyalılara səsləndi | Bakıda güclü yanğın - SALAM BAKU

Prezidentdən vacib açıqlamalar | Ərdoğan suriyalılara səsləndi | Bakıda güclü yanğın - SALAM BAKU

Siyasət
19 декабря 2024
Prezident İlham Əliyevin rusiyalılara arzusu

Prezident İlham Əliyevin rusiyalılara arzusu

Siyasət
19 декабря 2024
Azərbaycana qarşı qarayaxma kampaniyalarının arxasında kim dayanır?

Azərbaycana qarşı qarayaxma kampaniyalarının arxasında kim dayanır?

Siyasət
19 декабря 2024
İlham Əliyevdən Gürcüstandakı hadisələrə reaksiya

İlham Əliyevdən Gürcüstandakı hadisələrə reaksiya

Siyasət
19 декабря 2024
Выбранные
icon