Выбрать плеер:
Müasir dizayn və funksionallıq bir arada | İnteryer İnşaat Memarlıq Mebel Forumu - Baku TV
Bakıda İnteryer İnşaat Memarlıq Mebel Forumu təşkil olunub.
Forum 2026-cı ildə ikinci dəfə olaraq ölkəmizdə biznes tədbirlərinin təşkili üzrə ixtisaslaşan “Facemark” və müasir dizaynla funksionallığı bir araya gətirən “Mutfakçı” şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edənlər inşaat sektorunda yeni yanaşmalar, təhlükəsizlik məsələləri, memarlıq və layihələndirmə istiqamətləri ilə bağlı fikirlərini bölüşüblər.
Xüsusi dəvət olunmuş ekspert spikerlərin təqdimatlarında mebelin interyerdəki strateji rolu, funksionallıq və estetika arasındakı balans, həmçinin onun inşaat prosesi ilə harmoniyası ətraflı təhlil edilib.
Скопировано
