Выбрать плеер:
“Müharibə iştirakçısıyam, 3 aydır buradayıq” | Xocavəndə qayıdan sakinlər danışdı - Baku TV
Xocavənddə həyat yenidən canlanır.
Doğma yurdlarına qayıdan sakinlər Baku TV-yə müsahibələrində yaradılan şəraitdən məmnunluqlarını ifadə edərək, bütün zəruri imkanlarla təmin olunduqlarını bildiriblər.
“Hər iki qızıma mənzil verilib, bütün lazımi şərait yaradılıb”, – deyə sakinlərdən biri qeyd edib.
Digər sakin isə artıq üç aydır Xocavənddə yaşadıqlarını bildirərək doğma yurda qayıtmağın sevincini bölüşüb: “Üç aydır burada yaşayırıq, şəraitimiz çox yaxşıdır. Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq. 44 günlük Vətən müharibəsinin iştirakçısıyam və torpaqlarımıza qayıtmaqla qürur duyuram”.
Скопировано
