Выбрать плеер:
"Uşaqlığımdan çox istəyirdim ki, bura gəlim" | Baku TV Xocavənd sakinlərinin qonağı oldu - Baku TV
“Şükür ki, bu gün biz Qarabağ torpağındayıq. Allah bir də bizə pis günləri nəsib etməsin”.
Bu sözləri Xocavənd sakini Gülşən Mustafayeva doğma yurduna qayıtmağın sevincini Baku TV ilə bölüşərkən deyib.
O, Qarabağın işğal altında qaldığı dövrdə ağrılı-acılı günlər yaşadıqlarını vurğulayaraq, artıq gələcəyə ümidli olduğunu bildirib.
“Bacarığı olan adamlar harada olsa, özünə gün-güzaran qura bilər. Bacarığı olmayanlar isə imarətdə də yaşasalar, heç nə etməyəcəklər. Biz istənilən yerdə özümüzə şərait yarada bilərik”, – deyə Xocavənd sakini sözlərinə əlavə edib.
Скопировано
